SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Sən demə, göz yaşlarımız...

Məlumdur ki, gülmək sağlamlığımıza müsbət təsir edir. Belə kimütəxəssislərdən bəziləri daha uzun yaşamağın sirlərindən birinin   elə gülmək olduğunu deyirlər. Yaxşı, bəs ağlamaq necəİndiyə qədər ağlamağın faydaları ilə bağlı bir çox araşdırmalar edilmişdir, gəlin, nəticəni nəzərdən keçirək...

İstər sevincdən olsun, istər kədərdən zaman-zaman bütün insanlar - kişilər , qadınlar da ağlayırlar. Ağlamaq faydalıdırmıAğlamaq, ilk növbədə, endorfin hormonun ifraz olunmasına səbəb olur. Bu hormon insana sevinc bəxş edən xoşbəxtlik hormonlarından biri olaraq tanınır. Onun digər bir faydası isə ağrıları azaltmasıdır.

Aparılan araşdırmalar nəticəsində sübut olunub ki, ağlamaq insanın həm bədən, həm ruh sağlamlığı üçün faydalıdır. Adətən ağlayan biri üçün həmişə "ağla ki, rahatlayasan" deyirlər. Əslində bu, çox düzgün bir fikirdir, ağlayan insan öz stresini, gərginliyini göz yaşıyla çıxararaq depressiya kimi ruhi xəstəliklərdən uzaq olur.

Həmçinin insan ağlayarkən onun göz yaşları orqanizmdəki zərərli maddələri özü ilə birgə xaric edir. Hansı ki, bu zərərli maddələr orqanizmdə qaldıqda ümumilikdə orqanizmin fiziki psixi yüklənməsinə səbəb olur. Maraqlı faktlardan biri odur ki, göz yaşları ilə birgə orqanizmdən təkcə zərərli maddələr deyil, həm stres stimulyatorları  xaric olunur. Lakin bu, o demək deyil ki, bütün günü hönkür-hönkür ağlamaq lazımdır. Əslində söhbət sakit göz yaşları axıtmaqdan gedir. Yəni təsirli bir filmə baxarkən, həzin bir musiqi dinləyərkən, yaxud kövrək bir məqamla üzləşərkən axıdılan göz yaşları nəzərdə tutulur. Mütəxəssislər belə göz yaşlarını insan üçün zəruri sayır tövsiyə edirlər ki, buna görə utanmaq, çəkinmək lazım deyil. Əks təqdirdə, göz yaşlarını məcbur saxlamaq bir çox ciddi xəstəliklərin yaranmasına yol aça bilər. Psixoloqların fikrincəaylarla, illərlə ağlamayan insanlarda sinir pozğunluğu psixi dəyişikliklər daha çox müşahidə olunur.

 

Xərçəngə meydan oxuyan çərəz

İspaniyalı alimlərin araşdırmaları nəticəsində məlum olub ki, fındıq xərçəng xəstəliyi riskini 40 faiz azalda bilər. Elm adamları hesab edirlər kiiltihab əleyhinə xüsusiyyətlərə malik olan fındıq antioksidantlar, vitaminlər liflərlə zəngin olduğundan xərçəngin qarşısını almaq üçün kifayət qədər təsirli qidalardandır.

Statistik göstəricilərə görə, dünya üzrə hər iki insandan biri xərçəng xəstəliyinə tutulur. Lakin araşdırmalar göstərir ki , bu riskin qarşısını nisbətən almaq olar. Məlum olub ki, fındıq hətta xərçəngdən ölüm riskini 40 faiz azalda bilər.

İspaniyada 7 min nəfərdən çox sınaq  işrtirakçısının qatıldığı  araşdırmalarda həftədə 3 dəfədən çox qoz-fındıq yeyənlərin xərçəngdən ölüm riskinin xeyli azaldığı müəyyən edilib. Təbii ki, spirtli içki qəbulu, fiziki fəaliyyət siqaret kimi digər faktorlar nəzərə alınıb.

Bununla yanaşı, araşdırmalar göstərib ki, çərəzlər əsasən fındıq xərçəng, diabet ürək-damar xəstəlikləri daxil olmaqla bir sıra problemlərin qarşısını ala bilər. Məhz bu səbəbdən sözügedən  xəstəliklərin öhdəsindən gəlmək üçün həftədə 3 dəfə, gün ərzində isə  bir ovuc qoz-fındıq kimi çərəzlərin qəbulu tövsiyə edilir.

 

Yaz aylarında hansı xəstəliklər aktivləşir?

İnsanlar arasında belə bir inanc var ki, yaz fəslinin gəlişi ilə bəzi xəstəliklər baş qaldırır. Məsələ burasındadır ki, bu fikirlə həkimlər razılaşırlar. Onlar bunu yazda vitaminli qidaların azalması ilə əlaqələndirirlər. Vitamin çatışmazlığı sayəsində isə immun sistemi zəifləyir ki, bu da  halsızlığa   xəstəliklərə qarşı müqavimətin azalmasına səbəb olur.

Məlumdur ki, bahar mövsümü allergiyaları alovlandıran fəsillərdəndirLakin bu fəsildə  allergiya ilə yanaşı