Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri qədər vaxt keçsə , tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib   bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk  ayaq basmasına bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm həyat tərzimizə  böyük təsir göstərib. Bəlkə bu hadisələrin çoxu yaşanmasaydı, dünya indikindən daha fərqli olardı. Həyatımıza sivilizasiyaya  təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə  ekskurs  edək...

Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "Türkün böyük zəfəri: Çanaqqala savaşı" oxuculara təqdim edirik.

"Respublika".

 

Türkün böyük zəfəri: Çanaqqala savaşı

Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən biri Türk dünyasının tarixində böyük əhəmiyyət kəsb edən, zəfər dastanına  çevrilən Çanaqqala savaşıdır. 1915-1916- illərdə, Birinci Dünya müharibəsi ərəfəsində  Gelibolu yarımadasında Osmanlı imperatorluğu ilə Antanta dövlətləri arasında  baş vermiş bu savaş türk xalqının şərəf qəhrəmanlıq salnaməsidir.

Osmanlı imperiyasının süqutu, yeni dövlətin - Türkiyə Respublikasının yaranması  ilə nəticələnən bu hadisə Birinci Dünya müharibəsinə qatılan bütün müttəfiq dövlətlərin tarixinə "hərbi uğursuzluq" faktı kimi yazılıb. Atatürk kimi bir dahini yetişdirən Çanaqqala döyüşü gələcək qurtuluş savaşında onun liderliyinə əsas zəmin yaradıb. Bu hadisə  daha sonralar Türkiyənin ilk Prezidenti olacaq Mustafa Kamal Atatürkün hərbçi kimi ən parlaq zəfəri hesab edilir.

Çanaqqala döyüşü Rusiyanın nəzarətində olan ərazilərdə müstəqil dövlətlərin, o cümlədən  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına yol açıb. Bu savaş bütün dünyaya sübut etdi ki, döyüşdə qələbə qazanmaq üçün əsas olan üstün say nisbəti ya yeni texnologiya deyil. Əhəmiyyətli olan igid, vətənpərvər  oğulların torpaqlarının azadlığı uğrunda son damla qanına qədər vuruşmasıdır.

Çanaqqala döyüşü bilavasitə Avstraliya Yeni Zelandiya tarixində mühüm hadisələrdən biri hesab edilir. Belə ki, döyüş bu iki ölkəni  bir-birinə daha da yaxınlaşdırmış, Avstraliya Yeni Zelandiyanın müstəqil dövlət kimi formalaşmasında böyük əhəmiyyət kəsb etmişdir. Çanaqqala savaşı, həmçinin 1923- il iyulun 24- Türkiyə ilə Qərb dövlətləri arasında bağlanan  "Lozanna" müqaviləsinin imzalanmasına da səbəb olub. Məhz bu müqavilə  sayəsində Türkiyə  tarixin sonrakı mərhələlərində baş verəcək bir çox hadisələr üçün platforma rolunu oynayıb.

Çanaqqala Birinci Dünya müharibəsi zamanı, yəni 1915-1916- illərdə Osmanlı dövləti ilə Antanta dövlətləri arasında baş vermiş dəniz quru döyüşüdür. İttifaq dövlətləri Osmanlı dövlətinin paytaxtı İstanbulu almaq üçün boğazlara nəzarəti ələ keçirmək, Rusiya ilə etibarlı ticarət yolu açmaq, Almaniyanın müttəfiqlərindən birini zəiflətmək məqsədilə  ilk hədəf olaraq Çanaqqala boğazına girmiş, ancaq hücumları uğursuz olmuş iki tərəf çox ağır itkilər vermişdir. 1915-ci il martın 18-dən 1916- il yanvarın 9-dək olan dövrdə baş verən bu döyüşün Türkiyə tarixi üçün çox böyük əhəmiyyəti var.

Osmanlı dövlətinə məxsus boğazlar strateji baxımdan Antanta dövlətləri üçün ən əlverişli şans sayılırdı. Boğazları tutmaqla onların məqsədi Almaniya ilə Osmanlı Türkiyəsini bir-birindən təcrid etmək İstanbulu ələ keçirməklə Osmanlı Türkiyəsinin Qara