Zəngəzur dəhlizi Orta Dəhliz boyunca yeni nəqliyyat infrastrukturu formalaşdıracaq
Siyasət

Zəngəzur dəhlizi Orta Dəhliz boyunca yeni nəqliyyat infrastrukturu formalaşdıracaq

İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi regionda qüvvələr balansının yenidən formalaşmasına səbəb  oldu. Müharibənin sonunda imzalanmış üçtərəfli Bəyanatda öz əksini  tapan ən mühüm müddəalardan biri Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında əlaqəni təmin edəcək Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Azərbaycan Ermənistan ərazisindən keçən bu dəhlizin açılması  təkcə ölkəmizin deyil, bütün region ölkələrinin iqtisadisiyasi  logistik  əlaqələrini gücləndirəcək ki, bu da təbii olaraq Türkiyə, Ermənistan, İran, Rusiya  s. ölkələrin dəhlizin fəaliyyətə başlamasına olan marağını daha da artırır.

İkinci Qarabağ müharibəsi zamanı işğal altındakı torpaqlarını azad edən Azərbaycan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə  Türkiyə Avropaya qaz göndərərək dünya ölkələri ilə  əlaqələrini gücləndirməyə bununla da  nüfuzunu artırmağa çalışır. Lakin istər cənub, istərsə qərb qonşularımız  regionda söz sahibi olan Azərbaycanın  məqsədyönlü şəkildə həyata keçirdiyi  siyasətə hər vəchlə mane olur, ölkəmizin gündən-günə  şaxələnən  əməkdaşlıq əlaqələrinə xələl gətirməyə cəhd göstərirlər. 44 günlük müharibədən sonra Ermənistanın kapitulyasiyası hesab edilən üçtərəfli Bəyanatın əsas şərtlərindən olan Zəngəzur dəhlizinin yenidən açılmasına  İran Ermənistanın maneçilik törətmələri bunun ən bariz nümunəsidir. Təbii ki, mənfur qonşularımızın bu əməlləri səbəbsiz deyil. Belə ki, özünü regional güc hesab edən İran Zəngəzur dəhlizinin açılması ilə ölkəmizin  İran azərbaycanlıları üçün cəlbedici məkana çevriləcəyindən, Ermənistanla əlaqəsinin kəsiləcəyindən, eyni zamanda Qara dənizlə əlaqəsinin qarşısının alınacağından ehtiyatlanır. Bununla yanaşı, Türkiyə Azərbaycanın müttəfiqliyi regionda söz sahibi olmaları rəsmi Tehranın Zəngəzur dəhlizi ilə bağlı narahatlığının əsas səbəblərindəndir. Belə kiİkinci Qarabağ müharibəsində Ankara Bakı arasında birlik hərbi əməkdaşlıq nəticəsində iki  ölkə regionda güc mərkəzi kimi çıxış edirBu mənada, İran regionda qüvvələr nisbətinin öz zərərinə dəyişəcəyindən qorxur. Lakin ermənipərəst cənub qonşumuz anlamır ki, beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olan Zəngəzur dəhlizi  həm Tehranın regiona çıxışını artıracaq. Ümumilikdə isə maraqlarının kəsişdiyi Zəngəzur dəhlizinin açılması ilə Cənubi Qafqazda mövcud gərginlik yeni iqtisadi əlaqələrlə, eləcə region xalqlarının rifahını yüksəlişi ilə əvəzlənəcək.

Bu ilin fevral ayında  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun 73 faizinin tamamlandığını   Ağbəndə qədər uzanan bu avtomobil yolunun Zəngəzur dəhlizi ilə birləşdirilməsinin planlaşdırıldığını açıqlamışdı. Eyni marşrut üzrə tikilməkdə olan dəmir yolu xətti  üzrə işlərin  isə təxminən 40 faizinin tamamlandığı bildirilmişdirBütün bunlara  baxmayaraq, Zəngəzur dəhlizinin Ağbənddən Ermənistanın cənub ərazisi ilə Naxçıvana qədər olan hissəsində işlər hələ başlamayıb.

Zəngəzur dəhlizi Azərbaycandan Türkiyənin Qars vilayətinə qədər uzanan ölkənin İranla sərhədi yaxınlığında Ermənistan ərazisindən keçən strateji nəqliyyat marşrutunun bir hissəsidir. Dəhliz həm Azərbaycan-Türkiyə marşrutu ilə Avropanı Mərkəzi Asiya Çinlə birləşdirən geosiyasi layihədir. Zəngəzur dəhlizinin ən mühüm cəhətlərindən biri türk dünyasını birləşdirməsidir. Zəngəzur dəhlizi təkcə  Cənubi Qafqazda deyil, həm    Türkiyə, Rusiya, Mərkəzi Asiya ölkələri, İran Ermənistan arasında əlaqələrdə mühüm əhəmiyyətə malikdir. Belə ki, Çin ilə Avropa arasında ticarətin böyük bir hissəsi Şimal dəhlizi vasitəsilə həyata keçirilirdi. Rusiya-Ukrayna müharibəsi Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən ticarət əlaqələri yenidən Mərkəzi Asiya Qafqazdan keçən Çini Avropa ilə birləşdirən Orta Dəhlizə doğru yönəlib. Bu baxımdan, Şərq-Qərb ticarət yolunun üzərində yerləşən coğrafi mövqe ölkəmiz üçün çox böyük imkanlar açır. Butəbii ki, ilk olaraq tranzit daşımalarla bağlıdır. Nəqliyyat logistika sahəsində xidmətlərə artan tələbat Azərbaycanda iqtisadiyyatın inkişafına  töhfə verir. Orta Dəhlizdə strateji yerləşmə həm Azərbaycanın qlobal  səviyyədə önəmini daha da artırır.

Avropadan Qazaxıstana, Xəzər