Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə rayon Heydər Əliyev Mərkəzində Zaqatala Rayon İcra Hakimiyyəti, Balakən regional ASAN xidmət mərkəzi və Zaqatala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Birgəlik” adlı tədbir keçirilib.
“Respublika” xəbər verir ki, tədbir iştirakçıları ilk öncə Ümummilli Liderin həyat və yaradıcılığına həsr olunmuş sərgi ilə tanış olub.
Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri mərkəzin direktoru Famil Rəhimov açıb. Balakən regional ASAN xidmət mərkəzinin direktoru Amil Musayev və RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Ramin Həsənov Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıblar.
Daha sonra Balakən regional ASAN xidmət mərkəzinin könüllüləri tərəfindən dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. Həmçinin könüllülərin vətənpərvərlik mövzusunda səsləndirdikləri mahnılar maraqla qarşılanıb.
Sonda Azərbaycan xalqının dahi oğlu, görkəmli dövlət xadimi və müdrik siyasətçi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
M.QULUYEV,
“Respublika”.