Yolumuzu həsrətlə, ümidlə gözləyən məmləkətim Qərbi Azərbaycan
Siyasət

Yolumuzu həsrətlə, ümidlə gözləyən məmləkətim Qərbi Azərbaycan

"Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər. Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev bu il martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündəki çıxışında deyib.

Ölkə başçımız vurğulayıb ki, Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin hüquq təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq təhlükəsizliyini təmin etməlidir.

Qarabağın, Şərqi Zəngəzurun, cənub-qərb sərhəd rayonlarımızın 30 illik işğaldan azad olunması soydaşlarımızın Qərbi Azərbaycan torpaqlarına, Zəngəzura  qayıdışını təmin edən əsas faktor kimi gündəmdədir. Tarix sübut edir ki, indiki Ermənistan imperialist qüvvələrin himayəsi altında qədim, tarixi Azərbaycan torpaqları üzərində qurulub.

Ermənistan dövlətinin yaradılması azərbaycanlıların, orada yaşayan müsəlmanların insan, vətəndaş, bəşəri hüquqlarının pozulması fonunda baş verib. İndiki Ermənistanın ərazisi sayılanvaxtilə Azərbaycanın əsas xanlığı olan İrəvanda bu gün bir nəfər olsa türk-azərbaycanlı yaşamır. Hazırda  Azərbaycan xalqı öz dövlətinin gücü, səyi ilə Qərbi Azərbaycanda yaşamaq haqqını bərpa etmək istəyir Qayıdış Konsepsiyasının həyata keçirilməsi  istiqamətində məqsədyönlü aparılır.

Qərbi Azərbaycana Qayıdış Konsepsiyası indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin sülhün bərqərar olunmasına xidmət edir. Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, soyqırımı, kütləvi qətliam insanlıq əleyhinə digər cinayətlər insan hüquqlarının kobud şəkildə pozulması yolu ilə həyata keçirilib. Bu proses 1905-1906, 1918-1921, 1948-1953 1988-ci illərdə xüsusi amansızlıqla reallaşdırılıb. Əsasən tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən parçalanmasına səbəb olmuş, 1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulmuşdur. Qarabağda Şərqi Zəngəzurda olduğu kimi, indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycanda da mədəni irsimiz, tarixi abidələrimiz, o cümlədən məscidlər qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib, azərbaycanlılara qarşı irqi ayrı-seçkilik həyata keçirilib.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Qayıdış Konsepsiyasının əsas məramı indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə təhlükəsiz şəkildə qayıtmasını təmin etməkdir. Konsepsiya Qərbi Azərbaycan İcmasının bu sahədə fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən sənəddir indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiyada qeyd olunur ki, indiki Ermənistandan qovulmuş bütün azərbaycanlıların onların törəmələrinin öz yurdlarına qayıtmaq hüququ var. Bu hüququn təhlükəsiz şəkildə reallaşmasına şərait yaradılmalı, insanlar ora qayıtdıqdan sonra onların fərdi kollektiv hüquqları təmin olunmalıdır. Qayıdış prosesi müvafiq zəmanətləri verifikasiya mexanizmləri olan beynəlxalq hüquqi təminat çərçivəsində baş verməlidir.

Tarixi ədalətin bərpa olunması, beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsi məsələsində dost ölkələrin dəstəyinə ehtiyac duyulur. Bu yaxınlarda qardaş Türkiyənin Azərbaycandakı səfirinin Qərbi Azərbaycan İcmasına gəlməsi özü bir dəstək idi. Bu məqam belə deməyə əsas verir ki, bundan sonrakı mərhələdə  ilk növbədə, TDT- üzv dövlətlərin Azərbaycandakı səfirlərinin icmaya gəlməsi, fikir mübadiləsi aparması kimi hadisələrin şahidi olacağıq. Bu ilin mart ayında Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasının BMT Baş Assambleyasının İqtisadi Sosial Şurasının rəsmi sənədi kimi yayılması