Azərbaycan enerji təhlükəsizliyində Avropanın önəmli tərəfdaşıdır
Siyasət

Azərbaycan enerji təhlükəsizliyində Avropanın önəmli tərəfdaşıdır

Cənubi Qafqazın lider dövləti olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınır. Beynəlxalq müstəvidə Azərbaycanın mövqeyinin günü-gündən güclənməsinin Cənubi Qafqaz da daxil olmaqla daha geniş ərazini əhatə edən regionda maraqlarının mütləq nəzərə alınmasının ən önəmli səbəblərindən biri ölkəmizin etibarlı tərəfdaş olmasıdır. İndi Azərbaycan onunla əməkdaşlığa can atan dövlətlər üçün təkcə zəngin enerji ehtiyatları, geostrateji mövqeyinə görə yox, həm verdiyi vədlərə, imzaladığı müqavilələrə daim sadiq olan ölkə kimi olduqca cəlbedicidir.

Azərbaycan həyata keçirilən çoxvektorlu balanslaşdırılmış xarici siyasət strategiyası nəticəsində həm ikitərəfli münasibətlər kontekstində, həm çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geostrateji təhlükəsizliyinə fundamental töhfələr verir, eləcə regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynayır. Azərbaycan istənilən təzyiqi vaxtında tam neytrallaşdırmaq iqtidarındadır. Məhz buna görə günü-gündən güclənən dövlətimizə kənar ölkələr tərəfindən təzyiq olunması mümkünsüzdür. Məsələn, Ermənistanın xarici siyasətini kənar güclər idarə edir bu ölkə beynəlxalq miqyasda müstəqil yox, vassal imicindədir. Regionun lider dövləti olan Azərbaycan isə əsas söz sahibi kimi qəbul olunur. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev bu barədə deyib: "Bu illər ərzində dünyada mövqelərimiz möhkəmlənmiş, Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yeri olan, rəyinə hörmətlə yanaşılan ölkə kimi böyük nüfuz qazanmışdır. Bizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlər əyani şəkildə təsdiq edir ki, ölkəmiz artıq regionun siyasi, iqtisadi mədəni mərkəzi kimi qəbul edilir". Hazırda Azərbaycan Avropaya qaz ixracını iki dəfə artırmaq əzmindədir. Avropanın enerji xəritəsində Azərbaycanın artan rolu potensialı bunu deməyə imkan verir. Azərbaycanın dünya birliyinin dəyərli etibarlı üzvünə çevrilməsi dövlət başçısı tərəfindən aparılan düzgün müəyyənləşdirilmiş siyasi strategiyanın məntiqi nəticəsidir. Dünyanı bürüyən iqtisadi böhran, müxtəlif ərazilərdəki münaqişələr fonunda Azərbaycan beynəlxalq miqyaslı layihələr reallaşdırır, dayanıqlı inkişafını təmin edir, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Dövlətimizə tərəfdaş ölkələrin sayı gün keçdikcə artır. Bunun əsas səbəbi Azərbaycanın etibarlı, güvənli tərəfdaş funksiyasını uğurla yerinə yetirməsidir. Ölkə rəhbərinin dediyi kimi, Azərbaycanın enerji strategiyasının ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır. Dövlətimizin təsdiq edilmiş ehtiyatları ilə bağlı məlumata əsasən, hazırda Azərbaycanın 2.6 trilyon kubmetrə bərabər qaz ehtiyatı var.

Rusiyanın Ukraynaya hücumundan sonra Avropada müzakirə edilən əsas məsələlərdən biri enerji təhlükəsizliyidir. Çünki Avropanın Rusiyadan enerji asılılığı Kremlə əlavə manevr imkanları qazandırır. Elə bu üzdən Avropa İttifaqı Rusiyadan enerji, özəlliklə təbii qaz asılılığının aradan qaldırılmasında çox maraqlıdır. Həmin asılılığı azaltmaq, sonra tam aradan qaldırmaq üçün alternativ kimi baxılan ölkələrdən biri Azərbaycandır. Cari ildə isə Azərbaycan Avropaya 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır. 2022-ci 2023- ilin ötən dövrü ərzində Trans-Adriatik Boru Kəməri (TAP) ilə Azərbaycandan qaz tədarükü əvvəlki illə müqayisədə 15 faiz artaraq 8 milyard kubmetr təşkil edib. Azərbaycan Avropaya qaz tədarükünə 2020-ci il dekabrın 31-dən başlayıb. Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə kommersiya istismarı başlanandan sonra ümumilikdə 22 milyard kubmetr qaz nəql olunub. Qeyd edək ki, aprelin 25- Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) "Eustream" (Slovakiya) Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu"nun imzalanması mərasimi keçirilib. Anlaşma Memorandumu ötürmə sisteminin dörd operatoru SOCAR arasında Azərbaycandan Avropaya əlavə həcmdə qaz tədarükü üzrə əməkdaşlıq istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükləri Bolqarıstan, Rumıniya, Macarıstan Slovakiyanın "Həmrəylik halqası" adlandırılan yenilənmiş qaz nəqli