Azərbaycan Respublikası özünün çoxəsrlik dövlətçilik ənənələrinin əsasını rəsmi olaraq ilk dəfə 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə qoymuşdur. Cümhuriyyətin yaranması, xalqın qəlbinin dərinliklərində yatan milli müstəqillik, azadlıq duyğularının baş qaldırması dövrün tarixi reallıqları baxımından nəzər salındıqda, XX əsrin əvvəllərində dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda mütərəqqi bir hadisə olmuşdur. Cəmi 23 ay ömür sürməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti xalqın milli cəsarət və siyasi iradəlilik ideyalarının yaranması ilə yanaşı, mühüm dövlət təsisatlarının qurulması ilə dövlətçilik dəyərlərinin formalaşmasında müstəsna rol oynamışdır.
Uzun illər Azərbaycan torpağında hökmranlıq etmiş və dövlət idarəetməsində azərbaycanlıların iştirakına yol verməyən, yeraltı, yerüstü sərvətlərimizi talayan çar Rusiyasının 1917-ci ildə süqut etdiyi dövrdə Cənubi Qafqazda belə cəsarətli addımın atılması məzlum xalqın milli hərəkatının, azadlıq mübarizəsinin məntiqi nəticəsi kimi çıxış etmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olmuşdur. Qurulduğu vaxtdan az keçmədən "türkün dostu türk olar" prinsipi ilə münasibətlərini quran Cümhuriyyət Türkiyə ordusunun köməkliyi ilə torpaqlarımızdan rus-daşnak qüvvələrini çıxarmağa müvəffəq olaraq paytaxtı Bakı şəhərinə köçürmüşdür.
Fəaliyyəti dövründə müstəqil Azərbaycan Cümhuriyyəti böyük nailiyyətlər və uğurlar əldə etmiş, o cümlədən qadınlara seçki hüququ tanıyan, qadın-kişi bərabərliyini təmin edən dövlət kimi demokratik dəyərlərə və insan haqlarına hörmətini ali prinsip səviyyəsində tutaraq milli ordu, milli bank, milli pul, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanınması, Azərbaycanın bütövlüyünün qorunmasını təmin etməyə yönələn əhəmiyyətli nəticələr əldə etmişdir.
Lakin xalqımız tarixində qonşularının "xoş niyyətləri" ilə müstəqilliyi dəstəklənən və inkişaf edən bir xalq deyil, xoşbəxtliyini çətinliklə əldə edən bir xalq olaraq öz müstəqilliyini uzun müddət qoruyub saxlaya bilməmişdir. Tarix öz səhifələrini təkrarlamaqdan yorulmamış və 23 aylıq səadətin sonu yenidən rus işğalı ilə nəticələnmiş, sözdə İttifaq olsa da, əməldə müstəmləkəçilik siyasəti yeridən SSRİ işğalına məruz qalaraq beşiyində boğulan Cümhuriyyət bundan sonra 70 il də sovet əsarətində qalmışdır. Ötən bu illərdə Cümhuriyyətin süqutu xalqın yaddaşına həkk edilməsinə baxmayaraq, hər bir azərbaycanlının qəlbindəki azadlıq eşqi bir an belə tükənməmiş, öz qüvvəsini itirməmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin şüurlarda qalan müstəqillik ideyası ilə yanaşı, xalq öz milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Şüurlarda yaşayan bu ideyalar ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın yaddaşını özünə qaytarmış və milli mənlik şüurunu inkişaf etdirərək azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratmışdır.
1991-ci ildə SSRİ-nin süqutu dövründə Azərbaycanda vəziyyət həddindən artıq gərginləşmiş, ölkəni ağuşuna almış daxili didişmələr, xaos, özbaşınalıq, hakimiyyətsizlik dövlətin iqtisadi və siyasi əsaslarını laxlatmış, dövlət orqanlarının fəaliyyəti iflic olmuş və hüquq sisteminə böyük zərbə vurulmuşdur.
90-cı illərin gərgin vəziyyətində müdrik xalqın təkidli tələbi və xahişi ilə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtmış, bununla da Azərbaycandakı özbaşınalığa, siyasi hakimiyyətsizliyə həmişəlik son qoyulmaqla Azərbaycan dövlətinin müstəqilliyinin yenidən süquta uğradılmasının qarşısı alınmışdır.
"Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir" sözləri ümummilli lider Heydər Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olaraq təsdiqini tapmış, Azərbaycan öz müstəqilliyini dünyaya sübut etmiş, istiqlaliyyətimizin daimi, əbədi olmasının əsasını yaratmışdır.
Ümummilli liderimiz Heydər Əliyevin qurub yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan Respublikası indi Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, qarşıya qoyulan hədəflərə doğru inamla