Yeni transmilli çağırışlar
Digər xəbərlər

Yeni transmilli çağırışlar

Azərbaycanda İslamofobiya konfransı

Müasir dünyada insanların dinlərinə müdaxilələr mövcuddur. Bu mübarizədə bəzən İslam dini radikal qrupların hədəfinə tuş gəlir. Fransada dəfələrlə İslamın müqəddəs kitabı, "Qurani-Kərim"in yandırılması, anti-İslam hərəkatları buna əyani nümunədir. Məsələn, ötən il Fransanın Korsika adasında yerləşən Ayaçço şəhərində bir qrup maskalı şəxs müsəlmanların ibadət üçün toplaşdığı məscidə hücum edərək məkanı alt-üst edib. Daha sonra orada olan "Qurani-Kərim" kitablarını yandıran cinayətkarlar "Ərəblər, rədd olun!", "Bura bizim evimizdir!", - deyə şüarlar səsləndiriblər. Bununla yanaşı, Fransa mətbuatı siyasi elitası da İslama qarşı mübarizə aparır.

Fransanın "Le Parisien" qəzetində yayımlanan bir məqalədə şiddət antisemitizm yaymaq iddiası ilə bəzi Quran ayələrinin çıxarılması tələbləri göstərilib. Məqalədə qeyd edilir ki, qərarın qəbul edilməsi məqsədilə imza atanlar arasında üç sabiq baş nazir, o cümlədən keçmiş prezident Nikola Sarkozi, yəhudi xristian icmalarının nümayəndələri yazıçılardan ibarət 300 nəfər olub. Bu da bir daha onu sübut edir ki, Fransa digər ölkələrə, azlıqlara hörmət etmədiyi kimi, insanların dinlərinə müdaxilə edir. İslam dininə ibadət edən insanların Avropa ölkələrində demoqrafik vəziyyəti ilə bağlı 2017-ci ildə Vaşinqtonda yerləşən "Pew Research Center" adlı beyin mərkəzi tərəfindən dərc olunmuş araşdırmada qeyd edilir ki, 2016- ilin ortaları üçün Fransa əhalisinin 8,8 faizini (5,7 milyon nəfər) müsəlmanlar təşkil edib. Avropa şəhərləri arasında Paris şəhəri İl--Frans rayonu müsəlman əhalinin sayına görə birinci yerdədir. Burada 2,8 milyon müsəlman əhalinin yaşadığı güman edilir. Müsəlmanların say göstəricisinə görə, 67,5 milyon əhalisi olan Fransa Avropa İttifaqı ölkələri sırasında birinci yeri tutur. Bu rəqəmin 2050-ci ilə qədər iki dəfədən çox artacağı proqnozlaşdırılır. Almaniyanın "Statista" şirkətinin statistik rəqəmlərinə görə Fransa əhalisinin 8 faizi müsəlmanlardan ibarətdir. Təsadüfi deyil ki, Fransanın "bacısı" da özünü ona oxşatmağa çalışır. Belə ki, Ermənistanın 30 il boyunca işğal altında olan dədə-baba torpaqlarımızdakı dini məbədlərə, məscidlərə rəftarı bütün dünyaya məlumdur. İllər boyu məscidlərdə donuz saxlanılıb, həmin yerlər tövlə kimi istifadə edilib. Bu da onu deməyə əsas verir ki, Fransa "bacısı" Ermənistan islamofobik ölkələrdir. Mövzuyla əlaqədar Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısındakı çıxışında bildirilib ki, bu kimi davranışlar İslam dünyasına qarşı düşmənçilikdir: "Bütün müsəlmanların hisslərini təhqir edən Ermənistanın müsəlman ölkələri ilə əlaqələrini genişləndirmək cəhdləri riyakarlıqdan başqa bir şey deyil. Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə dəyərli töhfələr vermişdir. Biz müxtəlif beynəlxalq kürsülərdən İslam ölkələrini birliyə çağırmışıq. Azərbaycan İslam dininin zorakılıq terrorla əlaqələndirilməsini kəskin şəkildə pisləyir. Biz islamofobiyaya qarşı mübarizə aparmalı İslamın həqiqi dəyərlərini - sülh, tolerantlıq ədaləti təşviq etməliyik. Bu mənada, qardaş Pakistanın təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının 15 mart tarixinin Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan olunması qərarını alqışlayırıq".

Ölkə başçısının da qeyd etdiyi kimi, 15 mart tarixi İslamofobiya ilə Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28- İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan edilib. Həmin günün qəbul edilməsi ilə bağlı bir neçə konfrans görüş keçirilib, nəticədə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci il mart ayının 15-ni İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib. Bu il İslamofobiya Gününün birilliyi münasibətilə paytaxt Bakıda "İslamofobiya irqçiliyin ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal transmilli çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans zamanı