Yeni dünya nizamında liderlik mövqeyi
Siyasət

Yeni dünya nizamında liderlik mövqeyi

rezident İlham Əliyevin mayın 25- Moskvada keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirak etməsi ölkəmizin artan siyasi çəkisinin göstəricisidir. Qeyd etmək lazımdır ki, ölkəmiz artıq uzun müddətdir ki, Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığını uğurla davam etdirir. Yalnız Ermənistan yeni iqtisadi-siyasi düzənə uyğunlaşmır qarşılıqlı əlaqələrin qurulmasında maraqlı deyil. Təbii ki, istənilən halda iqtisadi, hərbi siyasi çöküşdə olan Ermənistan burada itirən tərəfdir.

Azərbaycan ikitərəfli formatda Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə sıx əlaqələrə malikdir. Ölkəmizin üzv ölkələrlə  5 milyard dollara yaxın ticarət dövriyyəsi mövcuddur. Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsinin 31 faiz artaraq 4,7 milyard dollar təşkil etməsi təşkilatın iclasına ölkə başçımızın dəvət olunmasının  məntiqi əsasını izah edir. Eləcə 2023- ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artmış, üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı isə 9 faizə yaxınlaşmışdır.

Bununla yanaşı, 3,1 milyard dollar dövriyyə ilə təkcə Rusiya təşkilata üzv dövlət qismində Azərbaycanın ən böyük idxalçı tərəfdaşıdır. Digər tərəfdən, Azərbaycanın əsas ticarət tərəfdaşı kimi Avropa qitəsindən olan dövlətlərin aparıcı yeri danılmazdır. 2022-ci ildə Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 27 milyard 344 milyon dollar olub ki, bu da 2021-ci illə müqayisədə 80 faiz çoxdur.

Azərbaycan regional lider olaraq əksər qlobal əhəmiyyətli beynəlxalq təşkilatların maraq dairəsindədir. Ölkəmiz hər hansı beynəlxalq təşkilata üzv olmasa belə, həmin qurumun üzvü olan ölkələrlə ikitərəfli çoxtərəfli formatda əməkdaşlıq əlaqələrinə hər zaman maraqlıdır. Cənab Prezidentin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycanın dayanıqlı özünü təmin edən müstəqil iqtisadiyyatı var. Bu hal, öz növbəsində, yeni dünya düzəninin formalaşdığı bir vaxtda bütün diqqəti ölkəmizə cəmləyir. İstər uğurlu enerji ixracatçısı, istərsə xarici iqtisadiyyatımızın müstəqilliyi bunu deməyə əsas verir. Bu yaxınlarda Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı ofisinin ölkəmizin güclü iqtisadiyyata maliyyə ehtiyatlarına malik olması səbəbindən gələcək prespektivdə BVF arasında proqram xarakterli əməkdaşlığın gözlənilməməsindən ötrü bağlanması sadalananları bir daha təsdiq edir.

Çin, Rusiya, Pakistan, Hindistan Orta Asiya ölkələrini birləşdirən Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) da ölkəmizin təmsil olunması beynəlxalq əhəmiyyətə malikdir. Ölkəmiz eynilə ŞƏT- , demək olar ki, bütün üzv ölkələr ilə ikitərəfli münasibətlər quraraq əməkdaşlığa maraqlıdır. Lakin bu məqamda xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan hazırda Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı olaraq iştirak edir. 10 iyul 2015-ci il tarixində ŞƏT üzv dövlətlərinin başçıları Şuranın iclasında Azərbaycan Respublikasına ŞƏT- dialoq üzrə tərəfdaş statusunun verilməsi barədə qərar qəbul etmişdir. İyulun 13- Nazirlər Kabinetinin müşavirəsində Prezident cənab İlham Əliyev bu faktı rəsmi şəkildə təsdiqləmişdir. Təşkilatın əsas qayəsi isə terrorizm, separatizm ekstremizmə qarşı innovativ tədbirlər görərək regional beynəlxalq təhlükəsizliyi təmin etməkdir.

Aparıcı beynəlxalq təşkilatlarla etibarlı əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin fonunda ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi islahatlar dünya ictimaiyyətində obyektiv rəyin formalaşmasına şərait yaradır.

Xüsusən enerji resurslarının ixracı diversifikasiyası prosesinin reallaşdırılması dövlət başçımızın qurduğu uğurlu iqtisadi modelin prioritetlərindəndir. Məhz bu diplomatik iqtisadi reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasi iqtisadi əhəmiyyəti gün keçdikcə daha da artır. "Qoca qitə"nin  təbii qaz ehtiyacının ödənilməsində başlıca rol oynayan Azərbaycan artıq bu çərçivədə əməkdaşlıq etdiyi ölkələrin sayını 6-dan 10-a yüksəltmək üçün yeni layihə planları üzərində çalışır. 2023- ildə qaz ixracatının 25 milyard kubmetrdən artıq olacağı proqnoz edilir. Bu proses Azərbaycanın Avropa Şurası, ATƏT, Avropa İttifaqı, NATO Parlament Assambleyası digər mötəbər beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrini daha da