Yaxın və uzaq coğrafiyada faydalı əməkdaşlıq
Siyasət

Yaxın və uzaq coğrafiyada faydalı əməkdaşlıq

Çoxtərəfli əlaqələrinin genişlənməsi ölkəmizin yüksələn nüfuzunun təzahürüdür

Prezident İlham Əliyev Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Cənub-Cənub adlı yeni əməkdaşlıq formatının zəruriliyini vurğulayıb: "Biz suverenliyə, milli sahibliyə, bərabərliyə qarşılıqlı mənafeyə hörmət prinsiplərini rəhbər tutan Cənub-Cənub əməkdaşlığını daha da gücləndirməliyik. Həmin gündəlik Cənub ölkələrinin özləri tərəfindən öz milli ehtiyac prioritetlərinə uyğun olaraq təşkil edilib. Bu, kənardan məcburi qaydada qoyulmuş bir gündəlik deyil".

Ölkə başçısı qeyd edib ki, iqlim dəyişikliyi bəşəriyyət üçün bir təhdiddir su qıtlığı, ərzaq çatışmazlığı məcburi miqrasiya kimi ciddi problemlərə səbəb olur. İnkişaf edən kiçik ada ölkələrinin vəziyyəti isə daha çətindir. Çünki onlar iqlim dəyişikliyinin təsirlərinə daha həssas olduqları üçün yer üzündən silinmək təhlükəsi ilə üzləşiblər. Azərbaycan Prezidenti xüsusən Afrika ərəb ölkələrinə, eyni zamanda Fransanın təsir dairəsində olan ölkələrə işarə edib. Bu da yeni bazarlara çıxış axtarışı deməkdir. Söhbət həm Afrika, həm Asiya ölkələrində yeni əməkdaşlıq formatından gedir. Bu əməkdaşlıq formatı sürətli inkişafla öz aktuallığını sübut etmiş Cənub-Cənub həmrəyliyinin təzahürüdür. Bu, inkişaf etməkdə olan ölkələrin üzləşdiyi çağırışların həllinə onların inkişafına vacib töhfə verən dinamik formatdır. Qloballaşma iqtisadiyyatlar arasında qarşılıqlı asılılığın dərinləşməsi prosesləri fonunda Cənub-Cənub əməkdaşlığının möhkəmləndirilməsi həm inkişaf strategiyası, həm inkişaf etməkdə olan ölkələrin beynəlxalq iqtisadi münasibətlərdə tam iştirakını təmin etmək vasitəsi kimi vacib amilə çevrilib.

Azərbaycanın xarici siyasəti məhz milli güc amilinə əsaslanan, klassik komponentlərlə yanaşı, çağdaş beynəlxalq münasibətlər sisteminin çoxsaylı mürəkkəb praktik elementlərini özündə birləşdirən, istisnasız olaraq milli maraqlara söykənən, təşəbbüskar, çevik, dinamik çoxvektorlu siyasətdir. İqtisadiyyatının şaxələndirilməsi müasirləşdirilməsinə nail olan Azərbaycan məcburi köçkünlərin cəmiyyətə səmərəli şəkildə inteqrasiyasını həyata keçirməklə, Cənub-Cənub əməkdaşlığının mümkün sahələri kimi insan kapitalını gücləndirməkdə geniş təcrübə toplayıb. Donor ölkəsi olmaqla yanaşı, Azərbaycan regionda aparıcı iqtisadiyyata malik həmçinin genişmiqyaslı regional layihələrin təşəbbüskarıdır. Azərbaycanın əmək sosial müdafiə sahəsində avtomatlaşdırılmış sistemlərinin Cənub-Cənub əməkdaşlığı müstəvisində digər ölkələrdə tətbiqi təşviq olunur. Həmin avtomatlaşdırılmış sistemlər qabaqcıl təcrübə nümunələri kimi BMT-nin "Ərəb ölkələri, Avropa MDB regionlarında Cənub-Cənub əməkdaşlığı çərçivəsində Əməkdaşlıq Mexanizmləri Həllər" adlı portalında yerləşdirilib.

Bu sahədə əldə olunan nailiyyətlərin beynəlxalq qurumlar, habelə növbəti dəfə dünyanın ən böyük təşkilatı olan BMT tərəfindən qabaqcıl təcrübə nümunələri kimi dəyərləndirilməsi Azərbaycanın bir çox sahələrdə olduğu kimi, artıq əmək sosial müdafiə sahəsində özünəməxsus müasir inkişaf modelinə malik bir ölkə kimi beynəlxalq aləmdə tanındığını göstərir.

Bu gün dünya ölkələrinin regional qlobal əməkdaşlığının - Asiya, Amerika, Afrika, Qərbi Avropa kimi müxtəlif modellərini görə bilərik. Bu qarşılıqlı əməkdaşlıqlar xeyli irəliləyərək yeni dövrə keçid edib, suveren dövlətlərin daxili xarici siyasətinə yeniliklər gətirib, xalqların taleyində dönüş yaradıb dünya inkişafının başlıca meyillərinə çevrilib. Bu ölkələrə Asiya, Afrika, Latın Amerikasında yerləşən 150- qədər ölkə aid edilir. Bu ölkələrin əksəriyyəti tarixən müstəmləkə olmuşlar.

İnkişaf etməkdə olan ölkələrin sürətli iqtisadi artımı, Cənub-Cənub ticarətini investisiyanı stimullaşdırmaqla qonşu ölkələrin inkişaf perspektivlərini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırıb. Bu gün inkişaf etməkdə olan ölkələr Cənub-Cənub əsasında bölüşülə biləcək, inkişaf sahəsində müxtəlif səviyyəli təcrübə bacarıqlar toplayıblar. Qlobal tərəfdaşlıq inkişaf etməkdə olan ölkələrin problemlərini həll etmək istiqamətində həlledici olacaq. Cənub-Cənub Üçtərəfli Əməkdaşlıq strukturu inkişaf etməkdə olan ölkələrin öz inkişafı üçün siyasət meydanına malik olmasını tələb