Yaponiyanın Atsuqi şəhərində oyun avtomatları zalının qarşısında yanğın baş verib.
"Respublika" xəbər verir ki, bu barədə "The Mainichi" məlumat yayıb.
Bildirilib ki, yanğın nəticəsində ən azı 100 avtomobil yanıb.
Əvvəlcə dayanacaqda bir avtomobil yanıb, bundan sonra alov yaxınlıqda dayanmış avtomobillərə keçib, daha sonra bütün ikinci mərtəbəni bürüyüb.
Hadisə yerinə 20 yanğınsöndürən maşın göndərilib və proses 4 saat çəkib.
Nəzrin ELDARQIZI,
"Respublika".