"Azərbaycanın Prezidenti kimi mən onu bildirmək istəyirəm ki, ölkəmizdə biznesin və o cümlədən xarici biznesin inkişafını Azərbaycanın iqtisadiyyatını təmin edən əsas amillərdən biri kimi görürəm. Biznes indi iqtisadiyyatın aparıcı qüvvəsidir. Ona görə də mən bu sahəyə daim diqqət yetirmişəm, yetirirəm və bundan sonra da yetirəcəyəm. Hər bir iş adamı, - xarici ölkədən gəlmiş, yaxud Azərbaycan vətəndaşı, - bilsin ki, Azərbaycanın prezidenti kimi mən onun sağlam iş görməsinin himayədarıyam.
Heydər ƏLİYEV,
Ümummilli lider.
(Xarici sahibkarlarla görüşdəki yekun nitqindən)
Ümummilli lider Heydər Əliyev 2002-ci il mayın 14-də ölkəmizdə fəaliyyət göstərən xarici sahibkarlarla görüşmüşdür.
Bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması və inkişafı prosesində sahibkarlar sinfinin rolu müstəsnadır. Bu reallığı nəzərə alan ulu öndər Heydər Əliyev milli iqtisadi inkişaf modelinin reallaşdırılmasına özəl sektorun həlledici rolunu daim önə çəkir, güclü sahibkarlar təbəqəsinin formalaşmasına çalışırdı. Dahi şəxsiyyətin yerli və xarici sahibkarlarla keçirilən görüşləri, üzləşdikləri problemləri onların öz dilindən eşitməsi və aradan qaldırılması üçün konkret tapşırıqlar, fərman və sərəncamlar verməsi özəl sektorun təmsilçilərinə yüksək diqqətin təzahürü idi. 1993-cü ildən Azərbaycan iqtisadiyyatına yatırılan sərmayələrin həcminin ilbəil sürətlə artması ölkəmizdə həm daxili, həm də xarici investisiya üçün yaradılan əlverişli mühitin məntiqi nəticəsidir.
Xarici investorların ölkəmizə cəlb olunması ümummilli lider Heydər Əliyevin apardığı uzaqgörən siyasət sayəsində mümkün olmuşdur. Ulu öndərin bu sahədə verdiyi tövsiyə və tapşırıqları əldə rəhbər tutaraq xarici investisiya haqqında təkmil qanunvericilik bazası yaradılıb. Azərbaycanda sahibkarlığın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğı sayəsində əlverişli biznes mühiti yaradılmışdır.
Sahibkarlığın inkişafı istiqamətində atılan addımlar, bu sahədə yaradılan şərait ulu öndərin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev sahibkarların problemləri ilə müntəzəm maraqlanır və iş adamlarını narahat edən məsələlərin aradan qaldırılması sahəsində ciddi tədbirlərin görülməsini tapşırırdı.
2002-ci il aprelin 25-də yerli və mayın 14-də isə xarici iş adamları ilə görüşlərdə sahibkarlığın inkişaf yolları araşdırılmış, məhz bundan sonra növbəti illər üçün Dövlət proqramları təsdiq edilmişdir.
Bu gün Prezident İlham Əliyevin də davam etdirdiyi sahibkarlığın inkişafı siyasətinin əsası vaxtilə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz onun hakimiyyəti illərində Azərbaycanda demokratik dövlət quruculuğunun həyata keçirilməsi və liberal bazar iqtisadiyyatının formalaşdırılması zərurətə çevrilib. Sahibkarlığın təşəkkülü və Heydər Əliyevin həyata keçirdiyi digər uğurlu iqtisadi islahatlar, inkişaf modelinin həyatqabiliyyətli və səmərəliliyi 1996-cı ildən etibarən inflyasiyanın kəskin artmasının qarşısını aldı, büdcə kəsri ÜDM-in 1-2 faizi səviyyəsinə endirildi. 1991-ci ildən başlayaraq, 5 il ərzində davam edən iqtisadi tənəzzülə son qoyulmaqla inflyasiya səviyyəsi azalmağa başladı. 1996-ci ildən başlayaraq iqtisadiyyatda canlanma yarandı. Belə ki, ÜDM-in artım sürəti 1,3 faiz, 1997-ci ildə 5,8 faiz təşkil etdi. 1998-ci ildə isə 10 faiz təşkil etmişdir. Məqsədyönlü şəkildə həyata keçirilən səmərəli tədbirlər nəticəsində ölkədə ümumi daxili məhsul artımının 59,8 faizi istehsal, 32,4 faizi xidmət sahələrində baş vemişdir.1997-2002-ci illərdə sənaye məhsulu istehsalı 23,6 faiz, yaxud orta hesabla ildə 3,6 faiz artmışdır.
Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı, yerli və xarici iş adamlarının fəaliyyətinə əsassız müdaxilələrin qarşının alınması, korrupsiya, rüşvətxorluq halları ilə mübarizənin genişləndirilməsi məqsədilə ümummilli lider Heydər Əliyev 7 yanvar 1999-cu il tarixli "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" fərman imzalamışdır.
Ulu öndər azad sahibkarlığın inkişafına daim diqqət göstərib və ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayıb. "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strat