XALQA ARXALANAN TARİXİ ŞƏXSİYYƏT
Siyasət

XALQA ARXALANAN TARİXİ ŞƏXSİYYƏT

Azərbaycan xalqının əbədi yaddaşına həkk olunan tarixinə qızıl hərflərlə yazılan 1993- il 15 İyun - QURTULUŞ GÜNÜ Türk dünyasının fenomeni, əbədiyaşar Heydər Əliyevin ölkəmizin dərin ictimai-siyasi iqtisadi böhrandan çıxarılmasında, vətəndaş müharibəsinin qarşısının alınmasında, müstəqilliyimizin möhkəmləndirilməsində, dövlətimizin bütün sahələrdə uğurlar qazanmasında, beynəlxalq aləmə sürətli inteqrasiyasında müstəsna xidmətləri kimi qiymətləndirilir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 1993- il 15 iyun əsl qurtuluş günü, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə daim xalqına arxalanan xalqa arxa olan Heydər Əlirza oğlu Əliyevdir.

1991-ci ildə Azərbaycanda olduqca təhlükəli bir vəziyyət yaranmışdı. Ölkədə müharibə gedirdi, idarəçilik isə yox dərəcəsində idi. Respublikada xaos, anarxiya hökm sürürdü. İqtisadiyyat bərbad hala düşmüşdü, Heydər Əliyevin Sovet hakimiyyəti illərində qurub-yaratdığı iqtisadi potensial amansızcasına dağıdılırdı. Respublikamızda sabitliyin bərpa olunacağına ümid yox idi. Daha bir addım bəs idi ki, xalq dərin uçuruma yuvarlansın. Baş alıb gedən problemləri aradan qaldıra biləcək yeganə qüvvə isə yalnız Heydər Əliyev şəxsiyyəti idi. Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı.

Ölkəmizin müstəqilliyinin ərazi bütövlüyünün ciddi təhlükə qarşısında qaldığı bir vaxtda Heydər Əliyevə müraciət edən xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Yalnız ümummilli liderimiz ölkəmizin ərazi bütövlüyünü təmin edə, xalqımızı azad inkişaf yoluna çıxara bilər. Məhz bu baxımdan, xalq özünün sınanmış liderini hakimiyyətə gəlməyə, müstəqil Azərbaycan dövlətini xilas etməyə israrla dəvət etdi. Xalqın qəzəbindən qorxan hökumət Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb edən ziyalıların səsinə səs verdi. Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz, kənarda dayana bilməzdi. O, xalqın təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bəli, ümummilli lider özünün xilaskarlıq missiyasını həyata keçirməyə başladı. Qısa bir zamanda dahi rəhbərin siyasi iradəsi xalqın dəstəyi sayəsində ölkədə əmin-amanlığa təhlükə törədən, müxtəlif siyasi maraqlara xidmət edən qanunsuz silahlı dəstələr ləğv edildi, ictimai-siyasi sabitlik bərqərar oldu.

Heydər Əliyev qətiyyətlə bəyan etdi: "Azərbaycan dövlətinin müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olcaqdır, dönməz olacaqdır Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır". Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu, inkişaf edən bir dövlətə çevrildi. Ölkənin xarici siyasəti milli maraqlarımıza uyğun quruldu, uğurlu neft strategiyası həyata keçirildi, ictimai həyatımızın bütün sahələrində hərtərəfli demokratik islahatlar aparıldı. Siyasi plüralizm, söz mətbuat azadlığı təmin edildi, Şərqdə ilk dəfə Azərbaycanda ölüm cəzası ləğv edildi. Ulu öndərin balanslaşdırılmış xarici siyasət kursunun nəticəsi olaraq ölkəmiz nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul edildi, Azərbaycanın haqq səsi dünyada eşidilməyə başlandı. Uğurlu neft strategiyası, siyasi iqtisadi islahatlar dünya dövlətlərinin diqqətini cəlb etdi 1994- ildə Bakıda "Əsrin müqaviləsi" kimi irimiqyaslı saziş imzalandı. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft qaz kəmərlərinin çəkilişi, Böyük İpək Yolunun bərpası üzrə konkret addımlar atıldı.

Fenomen şəxsiyyət bütün varlığı ilə sevdiyi Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, inkişaf etmiş, sivil dünya dövlətləri cərgəsinə çıxarmaq naminə var gücü ilə çalışırdı. Yorulmadan dünyanın böyük dövlətlərinin başçıları ilə saysız-hesabsız görüşlər keçirir, Azərbaycan həqiqətlərini dünyaya çatdırırdı. Bu səfərlər zamanı dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın vəziyyəti