Vüqar Bayramov:
Siyasət

Vüqar Bayramov: "Ərazi bütövlüyünə hörmət davamlı sülhün əsas şərtlərindən biridir"

"Azərbaycan və Ermənistan tərəfindən sərhədlərin delimitasiyası ilə bağlı danışıqlar davam edəcək".

"Respublika" xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov öz rəsmi X hesabında paylaşım edərək bildirib.

Deputat qeyd edib ki, iki ölkə arasında sülh və sərhədlərin delimitasiyası əsas məsələlərdəndir:

"Unutmayaq ki, Azərbaycanın 8 kəndi hələ də Ermənistanın işğalı altındadır və onların qeyd-şərtsiz geri qaytarılması vacib məsələdir. Ərazi bütövlüyünə hörmət davamlı sülhün əsas şərtlərindən biridir".

Töhfə SƏMƏDOVA,

"Respublika".