Zəngilan və Cəbrayılda yenidənqurma işləri sürətlə, keyfiyyətlə icra olunur
Dövlət başçısı İlham Əliyev 2021-ci il fevral ayının 2-də "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair reallaşdırılmalı olan 5 Milli Prioritetdən biri işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışdır.
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda qarşıya qoyulan məqsədlərə gəldikdə, bunlar ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək, müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək, ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək, əhalinin məşğulluq imkanlarını artırmaq və təbii resurslardan səmərəli və effektiv istifadə etməklə, "Ağıllı şəhər", "Ağıllı kənd" və "Yaşıl enerji zonası" konsepsiyalarının tətbiqini təşviq etməkdir.
Ölkə rəhbərinin Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərlər etməsi və bu çərçivədə yeni kənd və qəsəbələrin təməlqoyma mərasimində iştirakı onu göstərir ki, yenidənqurma işləri birbaşa Prezident İlham Əliyevin diqqət və qayğısı əhatəsindədir. Müasir üslubda tikinti-quruculuq işləri modern standartlara cavab verməklə ən qabaqcıl texnologiyalar əsasında aparılır. Dünyanın inkişaf etmiş ölkələri ilə qurulan əməkdaşlıq sayəsində yerli şirkətlərlə yanaşı, müxtəlif ölkələrin tikinti şirkətləri də Böyük Qayıdış Proqramının icrasına cəlb olunub. Qısa zaman kəsiyində dövlətimizin öz gücü hesabına möhtəşəm layihələrə imza atması iqtisadiyyatımızın gücündən xəbər verir. Xarici investorların bu ərazilərə cəlb olunması istiqamətində də aparılan uğurlu islahatlar Azərbaycanın qərb bölgəsinə investisiya axınını daha da sürətləndirəcək. Xüsusilə Zəngəzur dəhlizinin açılması ilə ölkəmizin iqtisadi potensialı da artacaq.
İşğaldan azad olunmuş bütün rayonlarda olduğu kimi, Zəngilan və Cəbrayılda doğma sakinlərini qarşılamaq üçün ciddi səylə hazırlıq işləri davam etdirilir. Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şərqi Zəngəzur iqtisadi zonasına daxil olan ərazilərə səfəri çərçivəsində Zəngilan və Cəbrayıl rayonlarında da tikinti işlərinin gedişi ilə tanış olmuşdu.
Qeyd edək ki, bu ərazilərdə keçmiş məcburi köçkünlər üçün zəruri olan hər bir şərait yaradılır. Belə vacib amillərdən biri də gələcəkdə Zəngilanda yerləşdiriləcək əhalinin fasiləsiz enerji ilə təmin olunmasıdır. Tikintisi uğurla gedən işlərdən biri də, "Azərenerji" ASC-nin Zəngilan rayonunda "Sarıqışlaq" Su Elektrik Stansiyasıdır. 10,5 meqavat gücündə olan stansiya Araz çayının sol qolu olan Oxçuçay üzərində qurulmuşdur. Su Elektrik Stansiyasının orta illik elektrik enerji istehsalının 26,7 milyon kilovat-saat olması planlaşdırılıb. Yaşıl enerji zonası konsepsiyasına uyğun olaraq "Sarıqışlaq" ekoloji cəhətdən təmiz enerji istehsal edəcək. Bununla da, qazandığımız Şanlı Zəfərdən sonra su elektrik stansiyalarının sayı 25-ə çatdırılacaq və 200 meqavata yaxın, ekoloji cəhətdən təmiz, hidro yaşıl enerji istehsal etmək mümkün olacaq.
Şərqi Zəngəzurda salınan yeni yaşayış məskənlərindən biri də 1200 nəfərin məskunlaşması nəzərdə tutulan Zəngilan rayonunda Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Cahangirbəyli kəndidir. 179,5 hektar ərazini əhatə edən kənd 2520 nəfər əhalinin yaşaması üçün nəzərdə tutulub. Cahangirbəyli kəndində 242 fərdi ev tikiləcək ki, bunlar birinci mərhələdə iki, üç, dörd və beş otaqlı olacaq. Bundan başqa kənddə fərdi evlərlə yanaşı, üçmərtəbəli binaların da tikintisi planlaşdırılıb.
Cəbrayıl da öz növbəsində Böyük Qayıdışa sürətlə hazırlaşan rayonlarımızdan biridir. Cənub qonşumuzla sərhəd olan Cəbrayılda digər rayonlarda olduğu kimi, yeni kənd və qəsəbələr salınır. Mayın 4-də Prezidentin iştirakı ilə Cəbrayıl rayonunda Xudafərin qəsəbəsinin təməli qoyulub. Azərbaycan xalqının tarixi incilərindən olan Xudafərin körpüsünün yaxınlığında salınan qəsəbə 25 hektar ərazidə yerləşəcək. Baş plana əsasən 149 evin tikilməsi nəzərdə tutulan Xudafərin qəsəbəsində