Vilnüsdə Azərbaycan-Litva biznes forumu keçirilib
Siyasət

Vilnüsdə Azərbaycan-Litva biznes forumu keçirilib

Mayın 22- Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə Azərbaycan-Litva biznes forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlət başçıları biznes forumda çıxış ediblər.

Prezident Gitanas Nausedanın çıxışı

- Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti.

Hörmətli nazirlər, biznes ictimaiyyətinin nümayəndələri, möhtərəm qonaqlar, xanımlar cənablar.

Mən litvalı həmkarların da iştirakı ilə Azərbaycandan olan çox sayda adamını Vilnüsdə salamlamaqdan məmnunam. Ümidvaram ki, bugünkü müzakirələr ölkələrimizə mövcud əlaqələri dərinləşdirməyə yeni tərəfdaşlıqları inkişaf etdirməyə kömək edəcək.

Bu il Litva Vilnüs 700 illiyini qeyd edir. Paytaxtımızın mövcudluğunun ilk günləri Litva hökmdarı Gediminas xarici liderlərə, tacirlərə, müxtəlif sosial təbəqələrdən dindən olan sənətkarlara dəvət məktubları göndərməsi ilə yadda qaldı. O vaxtdan bu yana Litva başqaları ilə birgə fəaliyyət göstərmək, yeni ideyalar əldə etmək inkişaf etmək üçün ambisiyalı yolla gedir.

Azərbaycan xalqının ulu əcdadları da bu hekayənin bir parçası olaraq hələ XV əsrdə Litva elçilərini qəbul ediblər. Bu gün biz ikitərəfli əlaqələrimizin sağlam vəziyyətinə arxalana bilərik. Azərbaycan Litvanın mühüm tərəfdaşıdır biz qarşılıqlı faydalı imkanların axtarılmasında maraqlıyıq. Biz Azərbaycanı nəhəng enerji potensialına malik şaxələndirməyə can atan inkişaf edən iqtisadi güc kimi görürük. Azərbaycan iqtisadiyyatının informasiya texnologiyaları, logistika, istehsal, qabaqcıl ərzaq sənayesi, bərpaolunan enerji kimi müxtəlif sahələri litvalı adamlarını cəlb edir. Biz bu qədər məsələləri müzakirə edə bilərik. Keçmişdə Litva özünü yeni şəraitə asanlıqla adaptasiya olmaq ondan öz xeyrinə istifadə etmək bacarığını sübuta yetirib. Biz güclü sənaye ənənəsinə intellektual işçi qüvvəsinə arxalanırıq. Bizim rəqəmsal infrastrukturumuz sürətli əlçatandır, bütün Avropa İttifaqında ən yaxşılarından biridir.

2020-ci ildə qlobal tənəzzül zamanı Litva ümumi daxili məhsulun mənfi dəyişməsinə imkan vermədi. Bu uğurlu antitsiklik iqtisadi siyasət təcrübəsi yeni qlobal təlatümlərin öhdəsindən gəlmə prosesində istifadə edəcəyimiz mühüm təcrübə olmuşdur. Hazırda biz yaşıl texnologiyaların sənaye istehsalatını dəstəkləmək üçün Avropa İttifaqının planlarını nəzərdən keçiririk. Yeni imkanlar inqilabi sıfır tullantılı istehsalatla təmin olunacaq. Bu, Litva iqtisadiyyatına fayda verəcək. Xalis sıfır tullantılı iqtisadiyyatların inkişafı, həmçinin Litva Azərbaycan iqtisadiyyatlarını bir-birinə daha da yaxınlaşdıra bilər. Bizim bugünkü özgüvənimiz son on il ərzində möhtəşəm enerji keçidi prosesi ilə dəstəklənmişdir. Bu, Litvaya Rusiyadan enerjinin, o cümlədən neft, elektrik enerjisi təbii qazın təchizatını tamamilə dayandıran ilk Avropa ölkəsi olmağa imkan verdi. Hazırda iqtisadi model yanaşmasında fiksə edilmiş aşağı qiymətli enerji həm qurudakı, həm dənizdəki bərpaolunan enerji mənbələrindən generasiya olunur. Bu, bizim istehsal xidmət sektorlarımızın rəqabət qabiliyyətini əhəmiyyətli şəkildə gücləndirəcək. Azərbaycan sahibkarları bundan faydalanmaq üçün bu prosesə qoşula bilərlər.

Məmnuniyyətlə qeyd edirəm ki, birinci iqtisadi toplantı ötən il Bakıda keçirildi. Orada mənə Zati-aliləri Azərbaycan Respublikasının Prezidenti ilə biznes forumunun açılışını etmək şərəfi nəsib oldu. Bu gün mən həqiqətən inanıram ki, ölkələrimiz təkcə iqtisadi cəhətdən yox, eyni zamanda, elm, təhsil mədəniyyət sahələrində bir-biri ilə əlaqələr qurmalıdırlar. Yol genişdir bizim qarşımızdadır. Qoy, bu biznes forumu düzgün istiqamətdə atılmış əlavə addım olsun.

Mən bu biznes forumunu təşkil etdiklərinə görə Litvanın Litfood agentliyinə, İnnovasiya Agentliyinə, Sənayeçilər Konfederasiyasına Azərbaycanda İxracın İnvestisiyaların Təşviqi Fondu - AZPROMO-ya iştirak edən bütün digər təşkilatlara xüsusi təşəkkürümü ifadə etmək istəyirəm. Hamınıza maraqlı faydalı müzakirələr arzulayıram. Təşəkkür edirəm.

***

Prezident İlham Əliyevin