Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycanın müasir tarixinə müdriklik, vətənpərvərlik, azərbaycançılıq nümunəsi kimi daxil olmuş, xalq-rəhbər birliyinin yenilməzliyinin sübutuna çevrilmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan dövlətinin, xalqının taleyində müstəsna rol oynamış, bir rəhbər kimi üzərinə düşən vəzifəni fədakarcasına yerinə yetirmişdir.
Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyev ömrünün yarım əsrdən çoxunu qüdrətli və demokratik Azərbaycanın yaradılmasına həsr etmişdir. Müstəqil Azərbaycan dövlətinin bünövrəsi Heydər Əliyevin ideyaları əsasında qoyulmuşdur.
Heydər Əliyev fenomeninin hələ Sovetlər dövründə misilsiz xidmətlərini - ölkəmizin çiçəklənən bir məkana çevrilməsini, hələ o zamanlar milli kadrların hazırlanmasında analoqu olmayan tədbirlərin həyata keçirilməsini biz bu gün böyük iftixar hissi ilə xatırlayırıq.
Sovetlər dönəmində milli təhlükəsizlik orqanlarında işləmək nə qədər şərəfli olsa da, bir o qədər də çətin və məsuliyyətli idi. Heydər Əliyev çox böyük təsirlərə, çətinliklərə məruz qalsa da, bu sistemdə şərəfli həyat yolu keçib, öz fəaliyyəti, vətənpərvərliyi ilə şəxsiyyətini tarixləşdirib.
Ulu öndər öz xalqına, Vətəninə sonsuz sədaqəti, məhəbbəti, uzaqgörənliyi, xeyirxahlığı, düşünülmüş və gərgin fəaliyyəti ilə Azərbaycanın XX əsr ictimai-siyasi, iqtisadi, mədəni, mənəvi həyatında yeni bir tarix yaratmışdır. Əgər dahi liderin 70-80-ci illərdə qurub-yaratdığı, inkişaf etdirdiyi Azərbaycan olmasaydı, bu günümüzün mühüm nailiyyətlərindən danışmaq bəlkə də mümkünsüz olardı. Heydər Əliyevin 1969-cu ildə Azərbaycanın rəhbəri vəzifəsinə təyin olunmasını tarixi hadisə kimi qiymətləndirənlər öz qənaətlərində haqlıdırlar. Çünki onun hakimiyyətə gəlməsi ilə respublikamızda köklü dəyişikliklər, inqilabi irəliləyişlər baş vermişdir.
Heydər Əliyev dünyada sülhün və əmin-amanlığın tərəfdarı idi. 90-cı illərdə ölkəmizdə baş verən hadisələr - 20 Yanvar, Xocalı soyqırımı, Qarabağ problemi, əsir torpaqlarımızın ağrı-acısı, bir milyondan artıq qaçqın və məcburi köçkünün taleyi Heydər Əliyevə ağır günlər, illər yaşatsa da, dincliyini, rahatlığını əlindən alsa da, o, müharibənin tərəfdarı deyildi.
Ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. 1993-cü ilin iyun hadisələrinə qiymət verməyi bacaran hər bir insan dərindən dərk edir ki, ulu öndər o dövrdə qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa nail oldu. Bu, Heydər Əliyev dühasının yeni bir qəhrəmanlıq tarixi idi. Dahi rəhbərin fəaliyyətinin 1993-2003-cü illəri bir ömrün qızıl salnaməsidir. Azərbaycanı müstəqil, azad, demokratik ölkə kimi görmək istəyən ulu öndərin öz məqsədlərini həyata keçirdiyi illərin unudulmaz səhifələridir. Ümummilli lider həmin illərdə Azərbaycanı yalnız parçalanmaqdan, dövlət çevrilişlərindən, özbaşınalıqlardan xilas etmədi, həm də xalqımıza yeni, firavan, ildən-ilə gözəlləşən bir həyat, müstəqil Azərbaycan bəxş etdi.
Heydər Əliyev epoxası Azərbaycanın XX əsr tarixinə müdriklik, vətənpərvərlik, azərbaycançılıq nümunəsi kimi daxil olmuşdur.
Ulu öndərin "Mən mənalı həyatımın... düz altmış ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidməti olub" kəlamı əslində, bir ömrün hesabatıdır.
Türkiyə Respublikasının sabiq prezidenti Süleyman Dəmirəlin Heydər Əliyev haqqında dediyi sözləri xatırlamaq yerinə düşərdi: "Hörmətli Heydər Əliyevin gördüyü ən böyük işlərdən biri məhz bu ölkədə sabitliyin yaradılması, asayişin bərqərar olmasıdır. Bu, asan iş deyil. Heydər Əliyevə qarşı sui-qəsdlər hazırlanırdı. Ancaq Azərbaycan xalqı üçün, mənim qardaşlarım üçün ən vacib şey müstəqil dövlətin yüksələn bayrağıdır. Yüksələn bayraq enməz! Azərbaycanın müstəqilliyi güclüdür