Unudulmayan anlar
Siyasət

Unudulmayan anlar

Ömrünü millətinin tərəqqisinə, dövlətinin müstəqilliyinə, xalqının azadlığına həsr edən bu yolda yorulmadan mübarizə aparan müdrik siyasətçi, böyük şəxsiyyət Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlər böyük quruculuq illəri, Azərbaycanın inkişaf dövrü olmuşdur. Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə respublikamızın həyatında ictimai-siyasi proseslər, iqtisadi islahatlar geniş vüsət almış, bütün sahələrdə nailiyyətlər əldə olunmuş, mədəniyyətin yüksəlişi, milli-mənəvi dəyərlərin dirçəlişi istiqamətində mühüm addımlar atılmışdır. Dövlət müstəqilliyimizin qorunub saxlanması, beynəlxalq əlaqələrin qurulması, bu sahədə əldə olunan uğur nailiyyətlərin əsası isə 1993- ildə qoyulmuşdu. Ölkənin çətin sınaqlarla üzbəüz qaldığı bir dövrdə ikinci dəfə hakimiyyətə gələn dahi liderin müstəqil dövlət quruculuğu, ölkədə ictimai-siyasi sabitliyin yaradılması, iqtisadiyyatın dirçəldilməsi, Azərbaycanın dünyaya tanıdılması istiqamətində apardığı məqsədyönlü siyasət milli maraqlara xidmət etmişdir.

Hələ gənc yaşlarımdan ulu öndər Heydər Əliyevə böyük hörmət rəğbət bəsləmişəm. Onun televiziya ilə çıxışlarına maraqla qulaq asır, o dövrdə nəşr olunan qəzetlərdə dərc olunan nitqlərini son dərəcə diqqətlə oxuyurdım. vaxtsa bu dahi insanla görüşəcəyimi, onun tapşırıqlarını, tövsiyələrini yerinə yetirəcəyimi isə təsəvvür belə etməzdim. Tale elə gətirdi ki, ulu öndərdən əvvəl onun ömür-gün yoldaşı, Azərbaycan tibb elminin inkişafında əvəzsiz xidmətləri olan Zərifə Əliyeva ilə tanış oldum. Belə ki, uzun müddət müxtəlif vəzifələrdə çalışdığım Bakı Şin zavodunda 1973- ildə sex rəisi işləyirdim. Bir gün partiya təşkilatının katibi Zinaida Lavrentyevna məni yanına çağırıb Azərbaycan oftalmologiya elminə öz dəyərli töhfəsini vermiş, görkəmli alim Zərifə Əliyevanın zavodumuzda yeni laboratoriya açdığını bildirdi onun tapşırıqlarının yerinə yetirilməsinin mənə həvalə olunduğunu dedi. Qeyd edim ki, o dönəmlərdə Zərifə Əliyeva təkcə bizim zavodda deyil, insanların görmə qabiliyyətinə mənfi təsir göstərən bir çox istehsal müəssisələrində laboratoriyalar yaradır, həmin laboratoriyalarda zərərli istehsalların insanların sağlamlığına təsiri öyrənilir, eyni zamanda burada xəstələrin müalicəsi təşkil edilirdi. Bizim zavodda rezin, şin kamerlər hazırlandığından istehsal prosesində kimyəvi maddələrdən istifadə olunurdu. Təbii ki, bu da insan sağlamlığına mənfi təsirsiz ötüşmürdü. Həmin müddətdə Zərifə xanım həftənin 3-4- günləri zavoda gəlir, 3 aydan bir isə kimyəvi maddələrin insan gözünə təsirini yoxlamaq üçün işçiləri müayinə edirdi. Günlərin birində prosesində gözümə kükürd tökülmüşdü. Xoşbəxtlikdən həmin gün Zərifə xanım zavoda gəlmişdi. O, çox mehriban, səmimi, sadə insan idi. Hadisədən xəbər tutan kimi özünü yetirdi, gözümü yudu, dərmanlar tökdü, kimyəvi maddəni gözümdən təmizlədi. Mənim dünya işığına həsrət qalmamağımın səbəbi məhz Zərifə xanım olmuşdur. Sonralar gözlərimə nur verən, məni bu işıqlı dünyaya həsrət qoymayan Zərifə xanımın adına park salınmasında xüsusi fəallıq göstərməklə nadir ağacların əkilməsinə böyüməsinə canıyananlıqla yanaşdım.

1988-ci ildə sonralar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olan Rafael Allahverdiyev məni Heydər Əliyevin tərəfdarlarından onun respublikaya qayıtmasının təşkilatçılarından biri olan Əjdər Xanbabayevlə tanış etmişdi. 1988-1990- illərdə respublikada vəziyyət qarışmışdı, xaos, özbaşınalıq hökm sürürdü, kim istəyirdi onu da edirdi. Qanlı Yanvar hadisələri törədilən zaman biz Moskvada idik. Hadisənin səhəri günü Heydər Əliyev ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək Bakıda mərkəzi hökumətin tapşırığı ilə dinc əhalini, günahsız insanları qətlə yetirən rus ordusunun qanlı hərəkətini pislədi, Mixail Qorbaçovun törədilən hadisələrdə birbaşa günahkar olduğunu bəyan etdi. Bundan sonra ulu öndərin Moskvada yaşaması qeyri-mümkün idi. Lakin Heydər Əliyevin Azərbaycana qayıtmasına bəzi qüvvələr hər vəchlə mane olurdular. Qorbaçovun ölkəmizdəki əlaltıları buna imkan vermirdilər. Çünki xalqın Heydər Əliyevə olan sevgisindən, etimadından qorxurdular. Bütün çətinliklərə baxmayaraq, Heydər Əliyev Bakıya gəldi,