Tarix boyu Azərbaycan torpaqlarına göz dikən Ermənistan 30 il işğalçılıq dövründə bu yerlərin təbii sərvətlərini qəddarlıqla istismar etmiş, qeyri-qanuni yollarla xarici ölkələrdə satışa çıxarmışdır. BMT-nin, ATƏT-in qərar və qətnamələrinə məhəl qoymayaraq misli görünməmiş vəhşiliklər törədən ermənilər Qarabağda dünyanın bir çox şirkətlərinin filiallarını yaradaraq mədənçilik, tikinti, ağac emalı, telekommunikasiya və digər sahələr üzrə Azərbaycanın icazəsi olmadan qanunsuz fəaliyyət göstərmişlər.
İşğalçı Ermənistan tərəfindən Kəlbəcər, Laçın, Tərtər və Ağdamda qızıl, gümüş, mis, molibden, civə yataqları, Cəbrayıl, Kəlbəcər, Laçında dəmir, xrom, Tərtər və Kəlbəcərdə kükürd, Ağdam, Füzuli, Cəbrayıl ərazilərindəki qum, çınqıl, gil və digər faydalı qazıntı yataqlarında qeyri-qanuni və intensiv şəkildə hasilat işləri aparılmışdır. Faydalı qazıntılar, əlvan və qara metallar, mineral və şirin su resursları, meşə fonduna daxil olan torpaqlar amansız istismar olunmuş, ölkəmizin flora və faunası məhv edilmişdir.
20 faizdən çox ərazilərimizi işğal altında saxlayan mənfur düşmən bolsulu, bərəkətli torpaqlarımızı xarabazara çevirmiş, bu torpaqlara minalar basdıraraq çirkləndirmiş, yararsız hala salmışdır. İkinci Qarabağ müharibəsini qalibiyyətlə başa vuran Azərbaycan müharibə bitdikdən sonra düşməndən azad etdiyi ərazilərdə yenidənqurma işlərinə başladı, minalardan təmizlənən ərazilərə yenidən nəfəs verildi. Məcburi köçkünlərin yurd yerlərinə qayıdıb rahat və təhlükəsiz yaşamaları üçün dövlətimiz var qüvvəsini ortaya qoydu. Elə bunun nəticəsidir ki, düşmən əsarətindən azad olmuş tarixi torpaqlarımız dirçəlir, yurd yerlərimizə Böyük Qayıdış mərhələ-mərhələ reallaşır. "Ağıllı kəndlər", "ağıllı şəhərlər" doğma sakinlərinə qucaq açır.
Ermənistanın 30 il işğal altında saxladığı əzəli torpaqlarımız işğaldan əvvəlki vaxtlarda respublikamızın kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsində mühüm rol oynamışdır. Belə ki, Qarabağ və Şərqi Zəngəzur bol suyu, münbit torpaqları, əlverişli mühiti ilə aqrar sahədə böyük potensiala malikdir.
Artıq düşməndən geri alınan bu yerlərin bütün potensialı qiymətləndirilir, torpaqlardan səmərəli istifadə üçün lazımi tədbirlər görülür. İlkin olaraq Qarabağ və Şərqi Zəngəzurun kənd təsərrüfatı sahəsində perspektivləri müəyyənləşdirilir, heyvandarlıq, əkinçilik, balıqçılıq, arıçılıq və s. sahələrin inkişaf etdirilməsi istiqamətində vacib addımlar atılır.
Bu gün işğaldan azad olunmuş rayonların faunasının bərpası üçün mühüm işlər həyata keçirilir. Bu ərazilərdə balıqartırma zavodlarının tikilməsi planlaşdırılır ki, bu da respublikada ərzaq təhlükəsizliyinə mühüm töhfə olacaq. Bu məqsədlə, Bəsitçay, Həkəriçay, Xanbulançay və Suqovuşana balıq körpələri buraxılmışdır və ümumilikdə Qarabağda 23 növ balıq yetişdirmək nəzərdə tutulur.
Qarabağ və Şərqi Zəngəzur bölgələrində ilk özəl kənd təsərrüfatı kompleksi azərbaycanlı və türk sərmayədarlar tərəfindən yaradılan "Dost Aqropark"dır. "Dost Aqropark"ın təməli 2021-ci il oktyabr ayının 26-da Böyük Qayıdışın ilk ünvanı olan Zəngilan rayonunda Azərbaycan və Türkiyə prezidentləri tərəfindən qoyulmuşdur. Azərbaycanın düşmən əsarətindən azad olunan ərazilərində türk iş adamlarının və yerli sahibkarların birgə yaratdığı ilk özəl kənd təsərrüfatı kompleksinin icrası 3 mərhələdə həyata keçiriləcək. Boş bir səhrada təməli qoyulan və qısa müddət ərzində yaradılan aqroparkın birinci mərhələsində inzibati binalar, 5200 kvadratmetrlik qapalı, 113 min kvadratmetrlik açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, üzgüçülük hovuzu, xidməti heyətin yaşayışı üçün binalar tikilib.
Kompleksdəki otlaq sahələrində 3500 baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçirilir. Layihənin hər üç mərhələsinin icrası tamamlandıqdan sonra 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri tam hazır vəziyyətə gətiriləcək. Bununla yanaşı, bütün bölgənin tələbatını ödəyəcək ət emalı və qablaşdırma müəssisəsi qurulacaq. Bölgənin