Ulu Öndərin siyasəti Azərbaycana yeni qələbələr bəxş edəcək
Siyasət

Ulu Öndərin siyasəti Azərbaycana yeni qələbələr bəxş edəcək

Azərbaycan çoxəsrlik dövlətçilik tarixinə malik olsa da, yalnız ən yeni dönəmdə - müstəqilliyin bərpasından sonra iqtisadi siyasi yüksəlişi təmin edə, dünyada nüfuzlu qüdrətli dövlət kimi tanına bilmişdir. Bu, birmənalı olaraq ümummilli lider Heydər Əliyevin Prezident İlham Əliyevin siyasi dühası, titanik uzaqgörən fəaliyyəti sayəsində mümkün olmuşdur. Xalqın etimadını ümidlərini doğruldan dahi liderlərin uğurlu siyasəti nəticəsində sabitlik tərəqqi yoluna qədəm qoymuş Azərbaycanın adı nüfuzlu, qüdrətli qalib dövlətlər sırasında çəkilməyə başlamışdır.

Siyasi analitiklər qeyd edirlər ki, Azərbaycanın əsas strateji üstünlüyü müstəqil siyasət həyata keçirməsi suverenliyini təmin etməsidir. Dünyada bir çox ölkələr mühüm resurslara - əlverişli coğrafi mövqeyə, böyük iqtisadi demoqrafik potensiala malik olsalar da, müstəqil siyasi kurs reallaşdıra, öz geostrateji maraqlarını təmin edə bilmirlər. Azərbaycan nümunəsi isə göstərir ki, yalnız zəngin dövlətçilik təcrübəsinə, prinsipial mövqeyə, xalqın birmənalı qətiyyətli dəstəyinə malik lideri olan ölkələr müstəqil, milli maraqlara uyğun praqmatik siyasət həyata keçirməklə sabit dayanıqlı inkişaf modeli yaradır, beynəlxalq aləmdə önəmli mövqe qazanaraq özünəxas yerə rola sahib olurlar. Məhz bu reallıq Heydər Əliyev siyasətinin Azərbaycan xalqının dövlətinin taleyində hansı müstəsna əhəmiyyətə malik olduğunu bir daha təsdiqləyir.

Ulu Öndər fəaliyyətinin bütün mərhələlərində Azərbaycan naminə çalışmış, xalqın işıqlı gələcəyini təmin edən əvəzsiz xidmətlər göstərmişdir. Heydər Əliyevin milli məzmunlu bəşəri xarakterli fəaliyyəti bir dövrü deyil, bir-birindən iqtisadi, mədəni, siyasi ideoloji cəhətdən kəskin fərqlənən iki tarixi mərhələni əhatə edir. Ümummilli lider həm SSRİ dönəmi, həm müstəqillik dövründə ölkəmizə rəhbərliyi zamanı milli tərəqqiyə xidmət edən ardıcıl məqsədyönlü siyasət həyata keçirmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik etmişdir. Hər iki dəfə Azərbaycanı tənəzzüldən, böhrandan çıxarıb inkişaf yoluna qoymuşdur. Bu, onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev həmişə ən düzgün siyasət aparmış, Azərbaycan xalqının maraqlarını müdafiə təmin etmişdir".

1969-cu il 14 iyul tarixində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyevin müəyyənləşdirdiyi vəzifələr hədəflər çərçivəsində görülən işlər ölkəmizin hərtərəfli inkişafını təmin etmişdir. Məlum olduğu kimi, 1969-cu ilə qədər Azərbaycan sovetlər birliyi miqyasında geridə qalmış respublikalardan biri kimi bütün sahələrdə tənəzzül ilə qarşı-qarşıya idi. Lakin Heydər Əliyevin Azərbaycan SSR-in rəhbərliyinə gəlməsindən sonra atılan addımlar nəticəsində bütün istiqamətlərdə irəliləyişlər əldə edildi, kənd təsərrüfatının, sənayenin, elm, təhsil, səhiyyə mədəniyyət sahələrinin inkişafına nail olundu, genişmiqyaslı quruculuq işləri aparıldı, çoxsaylı müəssisələr, o cümlədən ittifaq əhəmiyyətli strateji obyektlər yaradıldı, müxtəlif sahələrdə kadr potensialı gücləndirildi. Sovet İttifaqı dövründə Azərbaycan dilinin respublika konstitusiyasında dövlət dili kimi təsbit edilməsi isə mürəkkəb tarixi mərhələdə milli ruhun oyanışı, milli şüurun güclənməsi, xalqın öz mənəvi sərvətlərinə tarixi dəyərlərinə sahib çıxması, onları yaşatması baxımından böyük əhəmiyyət kəsb etmişdir. Bir sözlə, Heydər Əliyev həmin dönəmdə bütün çətinliklərə rəğmən, Azərbaycanın intibahını təmin etməyə müvəffəq olmuşdur. Ulu öndərin qeyd etdiyi kimi, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır.

 

Ulu Öndərin həyata keçirdiyi uğurlu daxili xarici siyasət kursu ictimai-siyasi sabitliyin, milli həmrəyliyin, xalq-iqtidar birliyinin güclənməsini, müstəqil respublikamızın dünya arenasında nüfuzlu tərəfdaş kimi tanınmasını şərtləndirmişdir. Beləliklə, Heydər Əliyevin respublikamıza ikinci rəhbərlik dönəmini - 1993-2003- illəri əhatə edən dövr dövlət müstəqilliyinin təmin olunması, Azərbaycanın sabitlik tərəqqi