Tarixi şəxsiyyətlərin böyüklüyü illər keçdikcə daha da çox hiss olunur. Xalqının tarixində dərin iz qoymuş, onun keçmişini yaşatmış və gələcəyini müəyyən etmiş insanların işi və ideyaları zaman məsafəsindən daha uca görünür.
Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Hələ sovet dövründə Heydər Əliyev Azərbaycanın zəngin iqtisadi və sənaye potensialını yaratmaqla müasir dövlətçiliyimizin bünövrəsini qoymuş, elmin və təhsilin inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə hökm sürən pərakəndəlik, separatizm meyilləri, siyasi təcrübənin zəifliyi, ayrı-ayrı silahlı dəstələrin arasındakı qarşıdurma nəticəsində dövlətçiliyimizin mövcudluğu real təhlükə ilə üz-üzə qalmışdır. Ölkənin gələcək inkişafı, böhran vəziyyətində olan dövlətçiliyin xilas edilməsi, konstitusiya, hüquq sahələrində islahatların təxirə salınmadan həyata keçirilməsi, yeni mütərəqqi və demokratik dəyərlərə söykənən dövlət quruculuğu, milli hüquq və məhkəmə sisteminin yaradılması həyati zərurətə çevrilmişdir. Məhz belə bir mürəkkəb şəraitdə xalqın təkidi ilə hakimiyyətə qayıdan və xilaskarlıq missiyasını çiyinlərinə götürən ümummilli lider Heydər Əliyev qısa müddət ərzində Azərbaycanda sabitliyi təmin etməyə nail oldu və dövlət quruculuğu prosesi üçün zəruri olan vacib addımların atılmasını təmin etdi. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına, xalqımızın müstəqillik arzusuna çatmasına, onun qorunub saxlanılmasına və ən nəhayət, torpaqlarımızın uzun illik işğaldan azad olunmasına nail olunmuşdur. Ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Heydər Əliyevin dövlətçilik fəaliyyətinin əsas ideyası, bu sahədə qarşıya qoyduğu mühüm vəzifə Azərbaycanın dövlət müstəqilliyini qorumaq, saxlamaq, möhkəmləndirmək, inkişaf etdirmək və onu əbədi etmək idi.
Cari il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan edilmişdir.
Sərəncamda qeyd olunduğu kimi, "Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir".
Müstəqil Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyevin 100 illik yubileyi günlərində onun Vətən, xalq qarşısında misilsiz xidmətləri yüksək ehtiramla ölkəmizin hər yerində geniş qeyd olunur.
Qeyd olunan tədbirlər çərçivəsində mayın 2-də Bakı Apellyasiya Məhkəməsində keçirilən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Azərbaycanda üçpilləli məhkəmə sisteminin yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır" mövzusunda konfransa yetişən nəslə dahi öndərin irsini təşviq etmək məqsədilə hakimlərlə yanaşı, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alan tələbələr və hakimliyə namizəd olan şəxslər də dəvət olunmuşlar.
Hakimiyyəti dövründə, ilk növbədə, dövlət müstəqilliyimizin əbədiliyinə və dönməzliyinə nail olan Heydər Əliyev tərəfindən ölkəmizdə sabitlik, sülh və əmin-amanlıq təmin edilmiş, siyasi və hüquqi islahatlar, demokratikləşmə prosesinə başlanılmışdır.
Demokratik, hüquqi dövlət quruculuğu prosesi tam ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra həyata keçirilmişdir. Ölkədə hüquqi dövlət qurmaq üçün ilk növbədə, konstitusion rejim, müasir beynəlxalq təcrübə nəzərə alınaraq mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyəti yaradılmalı və