Ulu Öndərin Azərbaycan Prokurorluğuna olan inamını prokurorluq işçiləri daim doğruldacaq
Siyasət

Ulu Öndərin Azərbaycan Prokurorluğuna olan inamını prokurorluq işçiləri daim doğruldacaq

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: "...Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm arxalanıram...". Bu dərin mənalı ifadə hər bir prokurorluq işçisini qürurlandırmaqla bərabər, üzərimizə böyük bir məsuliyyət qoymuşdur. Buna görə Prokurorluğun, o cümlədən Hərbi Prokurorluğun kollektivi ulu öndərin onların fəaliyyətini dəyərləndirməklə verdiyi dəyəri göstərdiyi etimadı layiqincə doğrultmaq, insan hüquq azadlıqlarına dönmədən əməl olunmasını, qanunun aliliyini təmin etmək, eləcə cinayətkarlığa qarşı mübarizəni gücləndirmək üçün bütün gücünü səfərbər edərək daha əzmlə çalışır.

Hər kəsə, o cümlədən hər bir prokurorluq işçisinə məlumdur ki, prokurorluq orqanlarında aparılan hərtərəfli islahatların ilkin əsasını qanunvericilik bazasını ulu öndərin təşəbbüsü əsasında 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası təşkil etmişdir. Yeni qəbul edilmiş Konstitusiya ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə, insan hüquq azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmaqla yanaşı, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edildiyini özündə dəqiq əks etdirdi. Ali qanunumuzda ilk dəfə olaraq respublikanın dövlət quruluşu sistemində prokurorluğun layiqli yeri müəyyənləşdirilmiş, məhkəmə hakimiyyəti sisteminə daxil edilən prokurorluq orqanlarının statusu, təşkili, fəaliyyət istiqamətləri, səlahiyyət dairəsi vəzifələri qanunvericilik qaydasında təsbit edilmişdir. Müdrik şəxsiyyət Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 7 dekabr 1999-cu il tarixdə "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi isə qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaratmaqla bərabər, prokurorluq orqanlarının daha da demokratikləşməsini, qanunçuluğun insan hüquqlarının aliliyinin real təminatçısına çevrilməsini təmin etmişdir. Bundan sonra beynəlxalq hüquq normalarına, demokratik prinsiplərə milli ənənələrə uyğun hazırlanmış "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında", "Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları xüsusi geyim forması haqqında", "Prokurorluğun rəsmi emblemi haqqında" Azərbaycan Respublikası qanunlarının digər normativ-hüquqi aktların qəbul edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənməsi prosesi dövrün tələblərinə beynəlxalq standartlara cavab verən səviyyəyə yüksəlmişdir.

Müdrik lider Heydər Əliyevin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"nin qəbul edilməsi onun icraya yönəldilməsi Azərbaycan Respublikası Prokurorluğunda aparılan islahatların ən böyük uğurlarından olmaqla, prokurorluğun kadr tərkibinin yenidən formalaşdırılması kimi mühüm məsələnin əsasını təşkil etmişdir. Prokurorluq orqanlarına işə qəbulun demokratik prinsiplər əsasında, şəffaf prosedurlarla müsabiqə yolu ilə həyata keçirilməsinin nəticəsində prokurorluğun kadr tərkibinin hərtərəfli inkişaf etmiş, zəngin biliyə malik, geniş dünyagörüşü olan, yüksək mənəvi keyfiyyətlərə malik, vətənpərvər, dövlətçilik prinsiplərinə sadiq gənc hüquqşünaslardan formalaşmasına mütəmadi olaraq yenilənməsinə nail olunmuşdur.

Ümummilli liderin prokurorluq işçilərinin rifahına xidmət edən "Azərbaycan Respublikası Prokurorluq orqanları işçilərinin maddi sosial təminatı haqqında" 8 oktyabr 2002-ci il tarixli Sərəncamı isə hər bir prokurorluq işçisində böyük ruh yüksəkliyinin yaranmasına səbəb olmuşdur

Ulu öndərin Prokurorluq orqanlarının rəhbər işçilərinə mütəmadi olaraq verdiyi müdrik tövsiyə göstərişlərin əsasında, Azərbaycan Respublikası Prokurorluğu orqanlarında aparılan, bu gün yeni müstəvidə eyni intensivliklə davam etdirilən hərtərəfli islahatlar nəticəsində prokurorluğun fəaliyyətinin təkmilləşməsi bunun üçün zəruri normativ-hüquqi bazanın yaradılması, ciddi tələbkarlıq şəraitinin formalaşdırılması, kadrların seçilməsinin yeni mütərəqqi formalarının tətbiqi təmin edilmiş, dövlətçiliyin, milli maraqların, insan hüquq azadlıqlarının etibarlı qorunması, cinayətkarlığa qarşı mübarizə yüksək səviyyədə təşkil olunmuşdur.     

Tanrının xalqımıza olan inayətidir ki, bu gün Azərbaycana ümummilli liderimizin zəngin dövlətçilik təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, xalqına xidməti həyat amalına çevirmiş Heydər Əliyev siyasətinə sadiqliyini öz müstəsna xidmətləri ilə əyani