Ulu Öndər Heydər Əliyevin Zəngəzur azərbaycanlılarına qayğısı
Siyasət

Ulu Öndər Heydər Əliyevin Zəngəzur azərbaycanlılarına qayğısı

Millətlərin, xalqların, dövlətlərin tarixini müəyyən etmək, yaratmaq, yazmaq hər kəsə nəsib olmur, bu, xarizmatik liderlərin qismətinə düşür. O xalqlar xoşbəxtdir ki, tarixinin həlledici məqamlarında Tanrı lütfü onların üzərində olur, xilaskar göndərir işıqlı günlər bəxş edir.

Bu mənada mənsub olduğumuz Azərbaycan xalqı xoşbəxt xalqlardandır ki, onun XX-XXI əsrlərdə taleyi Ümummilli Lider Heydər Əliyev onun siyasi xətti ilə bağlı olmuşdur. Bütün həyatını fəaliyyətini canından əziz bildiyi Vətəninə doğma xalqına xidmətə həsr edən Heydər Əliyev hər kəsdən daha yaxşı hiss edirdi ki, o məhz bu missiya ilə dünyaya gəlmişdir. Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2023- il ölkəmizdə "Heydər Əliyev İli" elan olunmuşdur bu dahi şəxsiyyətin 100 illik yubileyi xalqımız tərəfindın böyük sevgi coşqu ilə qeyd olunmaqdadır. Heydər Əliyevin Azərbaycanın tarixində taleyində yeri rolu tarixçilər, politoloqlar, filosoflar tərəfindən uzun illər araşdırılacaq, öyrəniləcək, dəyərləndiriləcəkdir. Lakin Ulu Öndərin müasirləri olan bizlər dəqiq bilirik ki, Heydər Əliyev olmasaydı bugünkü Azərbaycan dövləti olmayacaqdı, nəinki müstəqil qüdrətli bir dövlət yaratmaq bizə nəsib olmayacaqdı, bəlkə indiki müstəqilliyimiz ərazimiz çərçivəsində yaşamağımız da böyük sual altında olacaqdı...

M üsahibələrinin birində Ulu Öndər özünün həyatı, fəaliyyəti, mübarizəsi, tarixi müssiyası barədə fikirlərini bölüşərək demişdir: "Mən balaca bir evdə, zəhmətkeş ailəsində bir yaz günü dünyaya göz açmışam. Anadan olanda yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib, indi bəlkə bir qədər qeyri-təvazökar səsləndi. Amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycan üçün dünyaya gətirib. Doğma, canım, varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm".

Bu yazımda mən Ümummilli Lider Heydər Əliyevin böyük Vətənimizin ayrılmaz bir parçası olan qədim Zəngəzur bölgəsinə bağlılığı, orada, öz ata-baba yurdlarında yaşayan soydaşlarımıza göstərdiyi qayğını hörmətli oxucularımızın diqqətinə çatdırmağa çalışacağam.

Zəngəzur Azərbaycanın qədim torpağı olub XX əsrdə xarici havadarlarının yardımı ilə erməni təcavüzkarları tərəfindən mərhələ-mərhələ zəbt olunaraq tarixi Azərbaycan torpağı olan İrəvan xanlığının ərazisində yaradılmış Ermənistan dövlətinə birləşdirilmişdir.

1920-ci il noyabrın 29-da Sovet Rusiyasının hərbi siyasi dəstəyi ilə sahəsi 9 min kvadratkilometr olan Ermənistan Sovet Sosialist Respublikası yaradıldı. Həmin il dekabr ayının 1- Azərbaycanın Zəngəzur bölgəsinin böyük bir hissəsi - Qafan, Sisyan, Gorus Mığrı Sovet Ermənistanına pay verildi. Burada yaşayan Azərbaycan türkləri taleyin ümidinə buraxıldı.

Cənab Prezident İlham Əliyev 1920-ci ildə Zəngəzurun Ermənistana veilməsini türk dünyasına qarşı bir bölücülük siyasəti olduğunu vurğulayaraq söyləmişdir: "Türk dünyası böyük dünyadır. Vaxtilə türk dünyasının qədim ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında olan coğrafi bağlantı pozulubdur. Biz xəritəyə baxsaq görərik ki, əgər o tarixi ədalətsizlik törədilməsəydi, bu gün vahid türk dünyası coğrafi baxımdan da vahid bir məkan kimi yaşayacaqdı".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağla bərabər Qərbi Azərbaycan torpaqlarına, o cümlədən Zəngəzura böyük önəm verir, bu bölgənin tarixinin öyrənilməsi, unudulmaması, tarixi torpaqlarımız kimi yaşaması istiqamətində siyasət aparır. Məhz cənab Prezidentin sərəncamları ilə "Zəngəzur" Milli Parkının yaradılması, Dövlət Xəzər Gəmiçiliyinin beynəlxalq sularda üzən ən böyük tankerlərindən birinə "Zəngəzur" adının verilməsi, işğaldan azad edilmiş ərazilərimizin bir hissəsində Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması, Zəngəzur dəhlizi vasitəsilə kommunikasiyaların açılmasına səy göstərilməsi bu məqsədə xidmət edir.

Ümummilli Lider Heydər Əliyev haqqında təəssüratlarım qədər dərin, <