Artıq uzun illərdir ki, Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı yüksələn xətlə davam edir. Münasibətlərin kökündə dostluq, həmrəylik dayanır və bütün sahələr üzrə uğurlu nəticələr əldə olunur. Bu gün hər üç ölkə regionda sülhü və sabitliyi qoruyub saxlamaqda mühüm rol oynayır.
Bu münasibət üçtərəfli şəkildə olduğu kimi, həm də ayrı-ayrılıqda da mükəmməl şəkildə qurulub. Türkiyə Gürcüstanla həm ikitərəfli əməkdaşlıq, həm də regional çərçivədə uğurlu işbirliyi əldə edib. Türkiyə bu gün həm də Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir. Türkiyənin təkcə Gürcüstan iqtisadiyyatına yatırdığı sərmayələrin həcmi artıq 1 milyard - 1,5 milyard ABŞ dollarını keçib. İqtisadiyyat sahəsində üçtərəfli iqtisadi əlaqələrdə də böyük layihələr həyata keçirilir. Belə ki, Xəzər və Qara Dəniz hövzələrini əhatə edən geniş coğrafiyada Azərbaycan-Türkiyə-Gürcüstan iqtisadi üçbucağı formalaşıb. Hər üç ölkənin birgə təşəbbüsü ilə həyata keçirilən nəhəng enerji, nəqliyyat layihələri regional və qlobal əməkdaşlıq baxımından olduqca qürurvericidir. Hələ 1999-cu ildə istifadəyə verilən Bakı-Supsa neft kəməri iqtisadi əməkdaşlıq sahəsində bir ilk olmuşdur. Daha sonra isə 2005-ci ildə əsas ixrac kəməri Bakı-Tbilisi-Ceyhanın açılışı olmuş və davamlı olaraq 2007-ci ildə isə Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə qardaş Türkiyənin "mavi yanacaq" şəbəkəsinə daxil olmuşdur. Görülən üçtərəfli iqtisadi əməkdaşlıq çərçivəsində daha nəhəng bir layihə gerçəkləşdirilmişdir. Azərbaycanın moderatorluğu ilə Türkiyə, Gürcüstan və digər tərəfdaş dövlətlərin fəal iştirakı, birgə fəaliyyəti sayəsində Cənub Qaz Dəhlizi istifadəyə verilmişdir. Bu böyük layihə vasitəsilə dörd mühüm seqmentdən ibarət olan həmin dəhlizlə Azərbaycan qazı qonşu ölkələrdən keçməklə Avropanın bir çox ölkələrinə çatdırılır.
Üçtərəfli əlaqələrdən bəhs edərkən, ilk növbədə, siyasi dialoqun yüksək səviyyədə inkişaf etdiyini də qeyd etmək olar. Münasibətlər xarici əlaqələr sahəsində də mükəmməl şəkildə davam edir. Uğurla inkişaf etdirilən sahələrdən biri də nəqliyyat sahəsidir. Belə ki, 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu inşa edilib. Yük daşıma sahəsində olduqca böyük əhəmiyyət kəsb edən bu nəqliyyat bağlantısı Avrasiyada ən qısa və təhlükəsiz yoldur. Ötən il nəqliyyat sahəsində əməkdaşlığı daha da genişləndirmək məqsədilə Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan nəqliyyat sahəsi üzrə məsul nazirlərinin üçtərəfli görüşü keçirilmişdir. Görüş çərçivəsində Orta Dəhlizin potensialından geniş istifadə olunması və bu dəhlizin bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmiryolunun ötürmə qabiliyyətinin artırılması, tranzit yükdaşımaları ilə bağlı vahid tarif siyasətinin formalaşdırılması məsələləri müzakirə olunub. Həmçinin, tranzit yük axınlarının sabit artımını təmin etmək üçün müştərək əməliyyatların sinxronlaşdırılmasının vacibliyi vurğulanıb. Ötən müddət ərzində Orta Dəhlizə artan maraq sayəsində 2022-ci ilin yanvar-iyun ayları ərzində dəhlizlə daşınan yüklərin 2021-ci illə müqayisədə həcmi 15 faiz artmışdır.
Üçtərəfli münasibətlər sahəsində Azərbaycan-Türkiyə-Gürcüstan hərbi əməkdaşlığı da inkişaf etdirilir. Ötən il dekabr ayının 21-də Türkiyədə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və Gürcüstan müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli formatda görüş keçirilmişdir. Görüşün keçirilməsində əsas məqsəd regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, ikitərəfli və üçtərəfli birgə təlimlərin keçirilməsinin vacibliyi, eləcə də regional layihələrin təhlükəsizliyinin təmin olunması olmuşdur. Aparılan bütün görüş və müzakirələrin fonunda bir məsələ durur: Hər üç ölkənin hərbi sahədə güc və peşəkarlığa sahib olması. Bu mənada birgə həyata keçirilən hərbi təlimlər regionun təhlükəsizliyi baxımından olduqca vacibdir. 2022-ci ilin oktyabr ayında Türkiyədə Azərbaycan, Türkiyə və Gürcüstan hərbi