Qədim tarixə malik Şuşa şəhəri Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçib, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynayıb. Hər il 8 may tarixini hüznlə qarşılayırdıq. Çünki həm coğrafi baxımdan, həm də mənəvi cəhətdən yüksəklikdə olan Şuşa şəhərini məhz 1992-ci il mayın 8-də itirmişdik.
Beləliklə, Qarabağın döyünən ürəyi olan Şuşa 28 il işğalçıların tapdağı altında qalmışdı. Mayın 8-nə keçən gecə erməni silahlı birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirib. Şəhərin intensiv artilleriya zərbələrinə tutulması səhər saat 6-dək davam edib, bundan sonra düşmənin 1000-ə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum edib. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçirilməsi ilə Qarabağ işğal olunub. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan və Qaxal mağaraları, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir çox abidəni məhv edib və ya erməniləşdiriblər.
"Əfsuslar olsun ki, Şuşa işğala məruz qalandan sonra bütün tarixi, mədəni abidələr, o cümlədən Vaqifin məqbərəsi vandallar tərəfindən dağıdılmışdır. "Şuşanın işğalı xalqımızın böyük faciəsi idi". Bunu Prezident İlham Əliyev Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunmuş Vaqif Poeziya Günlərinin rəsmi açılışında çıxışı zamanı deyib. Ölkə başçısı qeyd edib ki, Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır. Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var. Şuşa Qarabağın tacıdır. Şuşanın işğalından sonra digər rayonlar, digər şəhərlər işğala məruz qaldı. Çünki Şuşanın strateji əhəmiyyəti əlbəttə ki, bizim üçün itirilmiş oldu və düşmən bundan istifadə edərək, ondan bir neçə gün sonra - 1992-ci ilin mayında Laçını da işğal etdi. Ondan bir il sonra - 1993-cü ilin aprelində Kəlbəcəri işğal etdi və beləliklə, Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaradıldı. Bizim məğlubiyyətimizin qaçılmaz olması göz qabağında idi, nəzərə alsaq ki, o vaxt Azərbaycanda hərc-mərclik dövrü idi, nizami ordu yox idi, vətəndaş qarşıdurması baş vermişdi.
Vətən müharibəsi zamanı minlərlə igid övladlarımızın qanı-canı bahasına işğaldan azad edilmiş torpaqlar ötən əsrin 90-cı illərinin əvvəllərində məhz indiki radikal müxalifət təmsilçilərinin hakimiyyət hərisliyinin qurbanına çevrilmişdi. Şuşa şəhərinin, ardından isə Laçın rayonunun ermənilər tərəfindən işğal olunmasına şərait yaradan AXC-Müsavat cütlüyü bundan tramplin kimi istifadə edərək silahlı çevriliş nəticəsində hakimiyyəti qəsb etmişdi.
Azərbaycan Ordusu 2020-ci il noyabrın 8-də Şuşanı işğalçılardan təmizləyib. Qəhrəman hərbçilərimiz sıldırım qayaları aşaraq küçə döyüşləri ilə Şuşanı azad etməklə tarixi zəfərə imza atıblar. Şuşa şəhərinin işğaldan azad edilməsi müjdəsini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Bakıdakı Şəhidlər Xiyabanından xalqa müraciətində açıqlayıb: "Əziz həmvətənlər, əziz bacılar və qardaşlar! Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim