Türkiyənin mərkəzi hissəsində yerləşən Adana vilayətində 5,5 bal gücündə zəlzələ baş verib.
"Respublika" TRT telekanalına istinadla xəbər verir ki, AFAD-ın internet səhifəsində yerləşdirilən məlumata görə, vilayətin Kozan rayonunda qeydə alınan zəlzələnin ocağı 12 kilometr dərinlikdə yerləşib. Təkanlar ətraf vilayətlərdə - Osmaniye və Qaziantepdə də hiss olunub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.