Türkiyədə 4 bal gücündə zəlzələ olub
Türk dünyası

Türkiyədə 4 bal gücündə zəlzələ olub

Türkiyənin Kahramanmaraş şəhərinin Elbistan rayonunda zəlzələ olub. 

"Respublika" xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 

Məlumata əsasən, bu gün sözügedən ərazidə yerli vaxtla saat 13.48 radələrində 4 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 8,76 km dərinlikdə yerləşib.