Türkiyə Cümhiriyyətinin rabitə naziri Fahrettin Altun öz rəsmi twitter hesabında Fransada xidməti vəzifələrini yerinə yetirən AzTV-nin jurnalistlərinə qarşı edilən zorakılıqla bağlı paylaşım eymişdir. Həmin paylaşımı oxucularımızın diqqətinə çatdırırıq:
“Fransada Azərbaycanın rəsmi dövlət televiziyası olan AZTV-nin əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirərkən hücuma məruz qaldıqlarını kədərlə öyrəndik.
Avropanın insan hüquq və azadlıqlarının müdafiəsi kontekstində günü-gündən səviyyə itirdiyini ortaya qoyan mətbuat və söz azadlığına edilən bu mənfur hücumu qətiyyətlə pisləyirik.
Biz gözləyirik ki, Fransa rəsmiləri və hüquq-mühafizə orqanları hücumun səbəbkarlarını dərhal müəyyənləşdirib məsuliyyətə cəlb edəcəklər. Mən də Azərbaycanın vitse-prezidenti, hörmətli qardaşım Hikmət Hacıyevə telefonla zəng vurub dedim ki, Türkiyə olaraq bu mənfur hücuma işıq salmaq üçün bütün imkanlarımızdan istifadə edəcəyik.
Hücum nəticəsində yaralanan azərbaycanlı jurnalist qardaşlarımıza şəfa diləyir, bütün qardaş Azərbaycan xalqına onların adından ən xoş arzularımı çatdırıram.”