Bildiyimiz kimi, mayın 31-də Prezident İlham Əliyevin Kişineuda Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşü olub. Moldova Prezidenti ölkə başçımızı Müstəqillik Günü və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi münasibətilə təbrik edib. Prezident İlham Əliyev "Avropa siyasi birliyi"nin Zirvə toplantısının Moldovada keçirilməsini, həmçinin belə böyükmiqyaslı tədbirin dost Moldovada təşkil edilməsini müsbət qiymətləndirib və təbriklərini çatdırıb.
Maya Sandu keçirilən Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə Ermənistanın baş nazirinin, Almaniya və Fransa liderlərinin iştirakı ilə keçiriləcək beştərəfli görüşünü müsbət addım kimi qiymətləndirib. Bundan sonra hər iki dövlət başçısı ölkələrimiz arasında münasibətlərin yaxşı səviyyədə olduğunu qeyd edib. Enerji, investisiyalar, iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb və digər istiqamətlərdə əməkdaşlıq məsələlərinə toxunulub, əlaqələrimizin perspektivləri müzakirə olunub. Sonda Prezident İlham Əliyev Moldova Prezidentini Azərbaycana səfərə dəvət edib.
Qeyd edək ki, Azərbaycan və Moldova keçmiş SSRİ-nin tərkibində müttəfiq respublikalar olub. Elə həmin dövrlərdən iki ölkə arasında iqtisadi-siyasi, mədəni əlaqələr formalaşmağa başlayıb. İlk dəfə rəsmi olaraq diplomatik əlaqələr 1992-ci il mayın 18-də qurulub. Bundan sonra Milli Məclisdə Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyətə başlayıb.
Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə münasibətlər özünün ən yaxşı formasında təzahür edib. Ümummilli lider daima iki ölkə arasındakı dostluq münasibətlərini yüksək qiymətləndirib. Ölkə başçılarının səfəri zamanı Ermənistan-Azərbaycan keçmiş Dağlıq Qarabağ münaqişəsi haqqında müzakirələr aparıblar. Ulu öndər deyirdi: "Biz hər iki ölkə üçün çox mühüm bir məsələ - ərazi bütövlüyü, bir-birinə qarşı güc işlədilməsinin, hər hansı ölkənin ərazi və sərhədlərinin zor gücünə dəyişdirilməsinin yolverilməzliyi məsələsi barədə fikir mübadiləsi etdik. Bu məsələlərdə, xüsusən də həm Azərbaycan, həm də Moldova dövlət müstəqilliyi əldə etdikdən sonra onların qarşılaşdıqları münaqişələrin həlli məsələsində tam yekdil rəydə olduq".
Azərbaycan və Moldova arasında dostluq və iş birliyi münasibətləri möhkəmdir. İki ölkə arasında siyasi, iqtisadi və mədəni münasibətlər mövcuddur.
Ölkələr arasında beynəlxalq münasibətlər əsasən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Birləşmiş Millətlər Təşkilatı (BMT) və digər beynəlxalq təşkilatlar çərçivəsində inkişaf edir. Bu günə qədər Azərbaycan və Moldova arasında 100-ə yaxın sənəd imzalanıb. Bura Azərbaycan Respublikası və Moldova Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə, Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınmanın qarşısının alınması haqqında Konvensiya, vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə qarşılıqlı yardım və əməkdaşlıq, elmi-texniki əməkdaşlıq, investisiyaların təşviqi və qarşılıqlı qorunması, beynəlxalq avtomobil əlaqəsi, istehsalat kooperasiyası, pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri, təhsil, mədəniyyət, valyuta və ixrac nəzarəti sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişlər, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Moldova Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol və digər sənədlər aiddir.
İki ölkə arasında iqtisadi əməkdaşlıq perspektivli şəkildə inkişaf edir, münasibətlər dostluq və əməkdaşlıq prinsiplərinə əsaslanır. Bu günə qədər paytaxt Bakıda Azərbaycan-Moldova biznes-forumu keçirilib. V Bakı Beynəlxalq Kitab sərgi-yarmarkasında Moldova Milli Kitabxanasından nümunələr, Azərbaycan və Moldova poçtları tərəfindən 2015-ci ildə birgə poçt markaları çap olunub.
Azərbaycan və Moldova arasında mədəni əlaqələr yüksək formada inkişaf edir.
2005-ci ildə Prezident İlham Əliyevin Moldovaya səfəri zamanı paytaxt Kişineu şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin təntənəli açılışı olub. Bundan sonra 2007-ci