“Tikmədim özüm qalam, tikdim ki izim qala
Digər xəbərlər

“Tikmədim özüm qalam, tikdim ki izim qala"

Azərbaycanın yol-nəqliyyat infrastrukturunun inkişafında böyük uğurlara imza atmış, inşaatçı-mühəndis ömrü yaşamış tanınmış alim, texnika elmləri doktoru, professor, "Şöhrət" ordenli Əli Əliyev çağdaş nəsillər üçün əsl nümunə örnək kadrlardandır. Doğru deyirlər ki, dünyaya gələn hər bir insanın öz ömür yolu olur. Əli müəllimin həyat yolu mənalı keçib, zəhmətə qatlaşıb, qurub-yaradıb, xeyirxah əməllər sahibi olub.

Əli Musa oğlu Əliyev 1933- il may ayının 20- Ermənistan Respublikasının Vedi rayonunun Dəhnəz kəndində anadan olmuşdur. Atası Musa kişi erməni daşnaklarına qarşı barışmaz mövqeyi ilə seçilmişdir. O, Abbasqulu bəy Şadlinskinin "Qırmızı Taboru"nda batalyon komandiri kimi mənfur erməni daşnaklarına qarşı mübarizə aparmışdır. 1937-ci ildə sovet hökuməti tərəfindən "xalq düşməni" adı altında tutularaq həbsxanaya göndərilən Musa kişinin ailəsi Qazaxıstan Respublikasının Cambul vilayətinə sürgün edilmişdir. Valideynləri ilə birlikdə Qazaxıstana sürgün edildikdən sonra uşaqlıq məktəb illəri burada keçən Əli müəllim 1947-ci ildə Sverdlov rayonunun Mixaylovsk orta məktəbini bitirərək Frunze Sənaye Texnikumunun "Şəhər yollarının körpülərin tikintisi" fakültəsinə daxil olmuş, 1953- ildə oranı başa vurmuşdur. Həmin il Qırğızıstan Respublikası Avtomobil Nəqliyyatı Nazirliyinin "Yolmühəndistikinti" trestində mühəndis-layihəçi, sonradan isə tikintinin baş mühəndisi vəzifəsində çalışmışdır. Ümumittifaq miqyasında ən böyük layihələrin tikintisində fəal iştirak etmişdir. 1955-ci ilin dekabr ayından 1958-ci ilin mart ayına qədər Sovet ordusu sıralarında xidmət etmişdir. 1958-ci ildə Saratov Ümumittifaq Avtomobil yolları İnstitutuna daxil olmuş, sonradan Bakıya köçmələri ilə əlaqədar təhsilini Azərbaycan Politexnik İnstitutunda davam etdirmiş oranı 1965-ci ildə bitirmişdir. 1972-ci ildə Bakı şəhərində yeni yaradılmış "Xüsusiləşdirilmiş yol tresti" rəis təyin edilmişdir. Əli müəllim istehsalat fəaliyyəti ilə bərabər, elmi axtarışlarla məşğul olmuş, 1973- ildə "Aktivləşdirilmiş mineral tozlu asfaltbetonların tədqiqi" mövzusunda namizədlik dissertasiyası, 1984- ildə isə "Asfalt-betonun regenerasiyası" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi almışdır.

Onun elmi fəaliyyətinə nəzər yetirdikdə bir alim kimi verdiyi töhfələr diqqət çəkir. Professor Əli müəllimin təklif etdiyi aktivləşdirilmiş mineral tozlardan istifadə etməklə asfaltbeton qarışıqlarının hazırlanması üzrə yeni texnologiya hazırda bir sıra MDB ölkələrində avtomobil yollarının aerodromların uçuş-enmə zolaqlarının tikintisində geniş tətbiq olunur.

1985-ci ildə Əli müəllim istehsalatdan ayrılmadan Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "Avtomobil yolları, körpü tunellər" kafedrasında pedaqoji fəaliyyət göstərmişdir. 1989-cu ildə Avtomobil yolları, körpü tunellər kafedrası üzrə professor alimlik dərəcəsi almışdır. Əli müəllim həm Ali Attestasiya Komissiyasının elmi şurasının üzvü idi. Professor Ə.Əliyevin rəhbərliyi altında "Azərbaycan Respublikasında asfalt-beton örtüklü yol aerodrom geyimlərinin tikintisi üzrə Rəhbərlik" texniki-normativ sənədi hazırlanmış Dövlət Tikinti Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş, 01 iyun 2004- il tarixdən qüvvəyə minmişdir.

Ə.Əliyevin 100-ə qədər elmi işi, 3 monoqrafiyası, "Yol-tikinti materialları" adlı dərsliyi, "Yol aerodrom tikintisində əhəngdaşı materiallarının tətbiqi üzrə Təlimat", "Yol-tikinti materialları", "Avtomobil yollarının aerodromların tikintisi" (4 cilddə), "Nəqliyyat magistrallarının tikintisinin əsasları", "Yol aerodrom tikintisi materiallarının struktur formalaşması" s. kitabları çap edilmişdir. O, 25-dən çox ixtira patentin müəllifidir. Əli müəllimin həyatı elmi-praktiki yaradıcılığı haqqında Azərbaycan, türk, rus ingilis dillərində çoxsaylı monoqrafiyalar yazılmışdır.

2005-ci ilin iyulunda Qırğızıstan hökumətinin dəvəti ilə qardaş respublikada olan professor Əli Əliyevin şərəfinə Narın çayı üzərində onun baş mühəndisliyi ilə salınmış ən böyük körpülərdən birinə "