Tarixi ədalətin bərpasına dünya şahidlik edir
Siyasət

Tarixi ədalətin bərpasına dünya şahidlik edir

İşğaldan azad olunan ərazilərdə həyat yenidən başlayır

Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti Ermənistanın baş nazirinin imzaladığı Bəyanata əsasən, 2020-ci il dekabrın 1- Laçın rayonu bir güllə atılmadan Ermənistan ordusu tərəfindən boşaldıldı. Laçının işğaldan azad edilməsi Azərbaycanın həm hərbi, həm siyasi-diplomatik müstəvidə qələbəsidir.

Respublikamızın füsunkar guşələrindən olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi var. Ümumi sahəsi 1835 kvadratkilometr olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə 34 min hektar zəngin meşə massivinə malikdir. Relyefi dağlıq olan rayonun dəniz səviyyəsindən hündürlüyü 700 metrdən 3600 metr arasında dəyişir. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir.

Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə Minkənd çayları birləşərək Həkəri çayını yaradır ki, bu çay da Araz çayına qovuşur.

Azərbaycanın "qala qapısı" adlandırılan Laçın rayonu strateji cəhətdən olduqca mühüm əhəmiyyətə malik bir ərazi sayılır. Şuşanın işğalının ardından artıq Laçın, demək olar ki, hər an erməni hücumu ilə üz-üzə dayanmışdı: "Şuşanın işğalından bir neçə gün sonra Laçın rayonu da işğal edildi. Bu, ölkəmiz üçün, laçınlılar üçün böyük faciə idi bu, AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti idi". Bu fikirləri Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən söyləyib.

AXC-Müsavat cütlüyü hakimiyyətə can atır, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Onlar bunu belə qiymətləndirirdilər. Hesab edirdilər ki, əgər Azərbaycan xalqı böyük bir sarsıntı keçirərsə, onlar üçün əlavə şanslar yaranacaq. Tarixi faktlar, araşdırmalar təsdiq edir ki, Laçının işğal edilməsində əsas faktor AXC Mütəllibov arasındakı hakimiyyət davası oldu. Ayaz Mütəllibov hakimiyyətə gələcəyi, daha doğrusu, yenidən öz prezidentlik postunu geri qaytaracağı təqdirdə Şuşanı yenidən Azərbaycana qaytaracağına söz vermişdi. AXC isə nəyin bahasına olursa-olsun, bunun qarşısını almağa çalışırdı o zaman AXC torpaq deyil, hakimiyyət haqda düşünürdü.

Laçın Kəlbəcər rayonları işğal edilərkən faktiki olaraq Ermənistanla Qarabağ arasında coğrafi bağlantı yaradılmışdı. Laçın rayonu 1992-ci ilin mayında, Kəlbəcər rayonu 1993- il aprelin əvvəlində işğal altına düşmüşdü beləliklə, ermənilər öz arzularına çatmışdılar. Onlar hesab edirdilər ki, bu torpaqlarda əbədi yaşayacaqlar. Hesab edirdilər ki, buna nail olacaqlar. Görürdülər ki, onlara himayədarlıq edən bir neçə ölkə, onların cinayətlərinə göz yuman, bu məsələ ilə bilavasitə məşğul olan təşkilat buna biganə qaldı. Sanki onlara bəraət qazandırırdılar. Bu isə onları daha da azğınlaşırdılar. İşğalın ilkin mərhələsində bizim bütün yaşayış məntəqələrimizi dağıtmışdılar.

Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olub, 1071 nəfəri, o cümlədən, 31 nəfəri hər iki valideynini itirib. İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəyib. Rayonun 65507 nəfər əhalisi Azərbaycanın 59 şəhər rayonlarına, "Taxtakörpü" qışlaqlarındakı 84 obaya məcburi