Syerra-Leone Respublikasının ölkəmizdəki səfiri ilə görüş
Digər xəbərlər

Syerra-Leone Respublikasının ölkəmizdəki səfiri ilə görüş

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Syerra-Leone Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alie Badara Kamaranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Vüqar Süleymanov səfir Alie Badara Kamaranı təyinatı münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfirə ölkəmizdə mövcud mina proqleminin miqyası, bu problemin arada qaldırılması istiqamətində Agentlik tərəfindən həyata keçirilən fəaliyyət barədə məlumat verilib.

Səfir Alie Badara Kamara təşəkkürünü ifadə edərək, Azərbaycanın üzləşdiyi mina probleminin miqyasından təsirləndiyini bildirib.

Görüş əsnasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“Respublika”.