Üçtərəfli görüşlərin intensivləşdirilməsinə vasitəçilər tərəfindən səy göstərilir
Son zamanlar Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsində vasitəçi tərəflərin fəallığı artıb. Bu mənada, may ayı həmin istiqamətdə intensiv görüşlərin keçirilməsi ilə yadda qaldı. Mayın əvvəlində iki ölkənin XİN rəhbərləri Vaşinqtonda görüşdülər. Ardınca Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü oldu. Növbəti görüş isə Moskvada baş tutdu.
Siyasi şərhçilər tərəfindən əvvəlcədən proqnozlaşdırıldığı kimi, Moskva görüşündə xüsusi əhəmiyyətli nəticə əldə olunmadı. Mayın 25-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli Zirvə görüşü cəmi 20 dəqiqə çəkdi və sülh prosesilə bağlı irəliləyiş qeydə alınmadı. Bu da gözlənilən idi. Çünki Moskva bu görüşə Vaşinqton və Brüsselə regionda söz sahibinin məhz özünün olduğunu göstərmək prizmasından yanaşırdı. Görüşdə xüsusilə kommunikasiya vasitələrinin açılması mövzusunda irəliləyiş əldə olunduğu bildirilir. Mətbuata çıxışında Rusiya Prezidenti Vladimir Putin nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması ilə bağlı deyib ki, "vəziyyət nizamlanmaya doğru irəliləyir". O, bununla bağlı hələ də həll olunmamış problemlərin qaldığını bildirib, lakin əlavə edib ki, bunlar "sırf texniki xarakter daşıyır" və "aşılması mümkün maneələrdir".
Bir sıra ekspert və jurnalist şərhlərində qeyd olunur ki, qonaqların heç bir qərar vermədən Rusiyanın paytaxtını tərk etdiklərini söyləmək düzgün olmazdı. Yaxın vaxtlarda Moskvada keçiriləcək yeni görüşün gündəliyində nəqliyyat kommunikasiyalarının açılması nəzərdə tutulur. Əvvəlcə, baş nazir müavinləri səviyyəsində, daha sonra isə üç ölkə liderlərinin Zirvə görüşü mümkündür. Moskva görüşü Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğunu göstərdi. Bu, Azərbaycanın tədbirə qatılmasını şərtləndirən əsas səbəblərdən biridir. Bu görüş sübut etdi ki, Azərbaycanla Rusiya arasında ciddi müttəfiqlik münasibətləri mövcuddur və bu münasibətlər qarşılıqlı hörmətə, hüquq bərabərliyinə əsaslanır. Habelə, həm Prezident İlham Əliyevin, həm də Rusiya Prezidentinin verdiyi açıqlamalar göstərdi ki, Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf etməkdədir. Ermənistanın Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmaq cəhdləri əbəsdir və bu cəhdlər heç vaxt nəticə verməyəcək. Bu görüşdə Münxen və Brüsseldə əldə edilən razılaşmalar bir daha təsdiqləndi. Tərəflər bir daha sülh müqaviləsinin imzalanmasında qərarlı olduqlarını nümayiş etdirdilər. Keçirilən görüşün nəticələri belə deməyə əsas verir ki, sülh prosesi hər üç tərəfin təsdiqlədiyi üçtərəfli formatda uğurla davam edir.
Diqqətçəkən məqamlardan birini də xüsusi qeyd etmək lazımdır. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev Moskvada keçirilən və xüsusi qonaq qismində qatıldığı Ali Avrasiya İqtisadi Şurasının geniştərkibli iclasında Ermənistanın baş naziri Nikol Paşinyana diplomatiya dərsi verdi. Paşinyan Rusiya Prezidenti Vladimir Putinin sözünü yarımçıq kəsərək Azərbaycanı Zəngəzur dəhlizi layihəsini həyata keçirməklə üçtərəfli razılaşmaları pozmaqda, hətta Ermənistana qarşı ərazi iddialarında ittiham etdi. Prezident İlham Əliyev isə Ermənistanın hökumət başçısına tutarlı cavab verməklə, onu yerinə oturtdu. "Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur və mənim sözlərimdə bu iddiaları görmək üçün çılğın fantaziya sahibi olmaq lazımdır. Dəhliz məsələsinə gəlincə, mən bu ifadədən Şimal-Cənub və Şərq-Qərb dəhlizlərindən danışarkən də istifadə edirəm. Dəhliz ifadəsi kiminsə ərazisinə iddia etmək anlamına gəlmir. Dəhliz ifadəsi beynəlxalq termindir. Beynəlxalq terminologiya ilə tanış olan şəxslər bu sözün mənasını Ermənistanın baş naziri Nikol Paşinyanın anladığı kimi qəbul etmirlər", - deyə dövlət başçısı bildirib. Bununla da Ermənistanın baş nazirinin növbəti dəfə rəzil duruma düşdüyü medianın diqqətindən yayınmayıb.
Liderlərin və digər yüksəksəviyyəli rəsmilərin Brüsseldə, Moskvada, Soçidə və digər məkanlarda görüşlərinin təşkil edilməsinə, müzakirələrin intensivləşdirilməsinə vasitəçilər tərəfindən hər zaman böyük səy göstərilib. Azərbaycan sülhyaratma prosesində böyük fəallıq və konstruktivlik ortaya qoyaraq vasitəçilərin səyləri ilə