Cəmiyyətin inkişafının müxtəlif mərhələlərində elə fenomenal şəxsiyyətlər yetişir ki, onlar öz xalqının və ya bir neçə xalqın taleyini dəyişdirə bilirlər. Bəşəriyyətin inkişafı dövründə əqli, enerjisi ilə seçilən kifayət qədər şəxslər mövcud olmuşdur.
Bunlardan H.Y.Sezar, Makedoniyalı İsgəndər, Siseron, Herodot, Nastrodamus, Napoleon, Şah İsmayıl Xətai, Babək, Nizami, Nəsimi, Heyne, Höte, De Qoll, Çörçill, Ruzvelt, Atatürk, Den Syaopin, Ç.Neru, M.Qandi, K.Adenauer və digərlərinin adlarını çəkmək olar. XX əsrin yetişdirdiyi dahi şəxsiyyətlər sırasında Azərbaycan xalqının dahi lideri Heydər Əlirza oğlu Əliyevin adını fəxrlə çəkmək olar.
Heydər Əliyev haqqında çox deyilib, çox yazılıb. Lakin bunların hamısını dənizdə bir damla adlandırsaq, səhv etmərik. Zaman belə insanları zərurət yarandıqda yetişdirir və onların fəaliyyəti məhz bəşəriyyətin inkişafına yönəlir. Heydər Əliyev bütün həyatını xalqına, onun inkişafına və rifahının yüksəldilməsinə həsr edib.
Ulu öndər xalqının ən çətin məqamlarında cavabdehliyi öz üzərinə götürərək bütün problemləri həll etməyə nail olmuşdur. Xalqına arxalanan Heydər Əliyev millətini inamla irəli aparmış, onu səriştəsiz liderlərin saldığı çətin vəziyyətdən çıxara bilmişdi. Heydər Əliyev kimi şəxslər haqqında deyilən bir fikri vurğulamağı özümə borc bilirəm: "Dayaq nöqtəsi verin, o bütün Yer kürəsini çevirsin".
Heydər Əliyev siyasi fəaliyyətə ilk dəfə 1969-cu ildə başlamışdır. O dövrdə dünyanın ən qüdrətli dövlətlərindən olan SSRİ-də cəmiyyət üzərində eksperimentlərin keçirildiyini və bunun nəticəsi olaraq cəmiyyətin daha dərin və geniş miqyasda deqradasiyaya uğramasını vurğulamaq zəruridir. Bu prosesdən Azərbaycan da kənarda qalmadı. Belə çətin məqamda Heydər Əliyev Azərbaycanda siyasi arenaya qədəm qoydu və xalqının bütün çətinliklərini boynuna götürməkdən çəkinmədi. Çünki Vətəninin, xalqının taleyi onun üçün hər şeydən üstün idi. Elə buna görə də o, xalqına xidmət etməyi ən ali məqsəd kimi qarşısına qoydu, xalqını irəliyə aparmaq üçün özündə güc tapdı.
1969-cu ilin avqustunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əliyevin çıxışı sovetlər birliyini kökündən silkələdi. Onun fikirləri təkcə Azərbaycanda deyil, sovetlər birliyinin ən ucqar yerlərində də bəyənildi. Məhz 1970-80-ci illərdə - Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə Azərbaycan dünya ictimaiyyətinin diqqət mərkəzində oldu. Vyetnamın, Çinin, Misirin, Perunun, Portuqaliyanın, Almaniyanın, Finlandiyanın, Əlcəzairin və digər dövlət rəhbərlərinin ölkəmizə səfərləri məhz həmin dövrə təsadüf edirdi. Təsadüfi deyil ki, Heydər Əliyevin dahiliyi sovetlər birliyinin rəhbəri L.İ.Brejnevin üç dəfə Azərbaycana səfərə gəlməsinə şərait yaratdı. Bu səfərlər qısa zaman kəsiyində durğunluğun məngənəsindən yaxa qurtarmış Azərbaycan xalqının mənliyini, qürurunu bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan xalqının, onun layiqli övladı Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycan tikinti meydançasına çevrildi. Ölkəmizdə yüzlərlə məktəb, uşaq bağçası, xəstəxana, muzey, teatr, zavod və fabrik tikilməyə başladı. Bakıda, Gəncədə, Sumqayıtda, Mingəçevirdə, Əli Bayramlıda, Şamaxıda, Lənkəranda, Astarada, Şəkidə, Qazaxda, Zaqatalada, Salyanda nəhəng müəssisələrin əsası qoyuldu. Azərbaycan xalqının yetişdirdiyi istedadlı şəxsiyyətlər, sənət ustaları, elm xadimləri, mədəniyyət adamları dünyada tanınmağa başladı. Bunlardan Q.Qarayevin, F.Əmirovun, Niyazinin, T.Salahovun, T.Nərimanbəyovun, R.Behbudovun, M.Maqomayevin, A.Məlikovun və digərlərinin adlarını çəkmək olar. Azərbaycan Heydər Əliyevin simasında SSRİ-ni dünyanın bir çox ölkələrində - Meksikada, Bolqarıstanda, Efiopiyada, Vyetnamda, Fransada, Almaniyada, Kubada, Asiya, Afrika, Avropa və Amerika ölkələrində təmsil etməyə