Sui-qəsdi ənənəyə çevirən ölkə
Digər xəbərlər

Sui-qəsdi ənənəyə çevirən ölkə

Azərbaycan Respublikası Milli Məclisin deputatı Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktını İran xüsusi xidmət orqanlarının Azərbaycandakı terrorçu şəbəkəsinin reallaşdırdığı məlum olub. Maraqlıdır ki, hələ hadisə ilə bağlı istintaq davam etdiyi müddətdə bu versiya ucadan səsləndirilirdi.

Buna səbəb isə əlbəttə ki, Bakının Tehrana qərəzli münasibəti deyil, molla rejiminin son dövrdə Azərbaycana qarşı kəskinləşən ritorikası İranın sui-qəsdlərlə bağlı qaranlıq keçmişidir. Heç təsadüfi deyil ki, Fazil Mustafanın hədəf alındığı gün, yəni martın 28- İrana bağlı terror qrupları Yunanıstanda İsrail vətəndaşlarına qarşı terror törətməyə cəhd ediblər. Afina polisi bu cəhdin qarşısını alıb, 2 nəfər saxlanılıb. İsrailin Kəşfiyyat Xüsusi Tapşırıqlar Təşkilatı saxlanılan şəxslərin İrandan idarəolunan geniş terror şəbəkəsinin üzvü olduqlarını elan edib. Amma tarixə nəzər salsaq görərik ki, molla hökumətinin bu davranışları təkcə Azərbaycan, İsrail kimi özünə düşmən gördüyü ölkələri əhatə etmir, heç proses yeni başlamayıb. Belə ki, İslam Respublikasının yarandığı ilk gündən dünyanın müxtəlif yerlərində baş verən siyasi qətllər İranın dövlət siyasətinin tərkib hissəsi olub. İran bütün dünyada terroru fəal şəkildə təbliğ edir, həyata keçirir maliyyələşdirir. Rejim iki istiqamətdə terror siyasəti yürüdür - ona qarşı çıxan iranlı müxalifətçilərə digər ölkələrin vətəndaşlarına.

Ölkə xaricində siyasi opponentlərin öldürülməsi praktikası 1980-ci illərin sonlarında başlayıb bu günə qədər davam edir. Bu proses başlanğıcını Rza Pəhləvinin bacısı oğlu Şəhriyar Şəfiqin Parisdəki evinin həyətində öldürülməsindən götürür. Kral ailəsindəki mövqeyinə yeni yaranmış İslam Respublikasına qarşı müxalifəti oyatmaq qabiliyyətinə görə Ruhullah Xomeyni onun ölməsini istəyirdi. Bir neçə ay sonra müxalif siyasətçi, professor Əbdülrəhman Brumand evinin liftinin qarşısında bıçaqlanaraq öldürülüb. Daha sonra Böyük Britaniya, Almaniya, Avstriya, Türkiyə, İordaniya, Səudiyyə Ərəbistanında Ayətullah rejiminin əleyhdarlarına qarşı siyasi sui-qəsd dalğası yayılıb.

1980-ci ildə İranın ABŞ-dakı səfirliyinin keçmiş mətbuat attaşesi Əli Əkbər Təbatəbai evinin giriş qapısı önündə güllələnərək öldürülüb. ABŞ-da İran Azadlıq Fondunu qurmuş Təbatəbai Ruhullah Xomeynini sərt tənqid etməsi ilə tanınırdı. 1986- ildə isə İstanbulda İran Müqavimət Hərəkatının lideri Əziz Moradi başından iki güllə yarası alıb. İran siyasi rəhbərliyinin qurbanlarının siyahısına 1996- ildə Fransada güllələnərək öldürülən hüquq müdafiəçisi Reza Məzlumyan da daxildir. Amma ən səs-küylü terror hücumu 1992-ci il sentyabrın 17- Berlinin Mikanos restoranında törədilib, burada İran İslam İnqilabı Keşikçilər Korpusunun agentləri Hizbullahdan olan livanlılar dörd nəfəri güllələyib, İran Kürdüstan Demokratik Partiyasının sədri Sadiq Şərəfkəndi öldürülüb. Güney Azərbaycanda yetişən görkəmli simalardan biri professor Məhəmmədtağı Zehtabi iranlı sui-qəsdçilərin planına qurban gedib. Məhəmmədtağı Zehtabi hələ gənc yaşlarından öz xalqının azadlığı milli varlığı uğrunda mübarizə meydanına atılmış şəxslərdən idi. O, çağdaş Güney Azərbaycanda türkçülüyün - azərbaycançılığın köklərini araşdıran görkəmli tədqiqatçı alim olub. Görünür, bu, İran hökumətinin xoşuna gəlmədiyindən Zehtabi 1998-ci ildə Təbriz yaxınlığındakı Şəbistər şəhərində evində ölmüş halda tapılır. Mərhum Zehtabinin adı İslam Respublikasına müxalif qrupların yayımladığı şübhəli ölümlər siyasi qətllər siyahısında dərc edilib. Siyasi qətllərlə bağlı qərarı isə 20-25 nəfərdən çox olmayan seçilmiş din xadimləri verir.

Bununla belə, təcrübə onu göstərir ki, İranın uğurlu terror aktlarının sayı azalıb. Bu isə artıq dünyanın müxtəlif ölkələrinin təhlükəsizlik xidmətlərinin molla rejiminin addımlarına qarşı qabaqlayıcı tədbirlərinin nəticəsidir. 2011-ci ilin oktyabrında çoxsaylı senatorların nahar etdiyi Vaşinqton restoranında Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirini bomba ilə öldürmək cəhdi uğursuz olub. 2016-2018-ci illərdə isə Parisdə iranlı müxaliflərin qətlini planlaşdıran qrupların terror planı üzə çıxarılıb. Türkiyədə İsrail obyektlərinə hücum planlaşdıran 4 SEPAH agenti