Straxinya Erakoviç:
İdman

Straxinya Erakoviç: "Bu oyuna Çempionlar Liqasının finalı kimi hazırlaşacağıq"

"Neftçi" ilə oyuna Çempionlar Liqasının finalı kimi hazırlaşacağıq"

Respublika xəbər verir ki, bu fikirləri Serbiyanın "Srvena Zvezda" futbol komandasının müdafiəçisi Straxinya Erakoviç Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan "Match TV" turnirində "Neftçi"yə qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.

22 yaşlı serbiyalı futbolçu bütün rəqiblərə ciddi yanaşdıqlarını bildirib: "İlk matçımız "Zenit"ə qarşı oldu. Şadıq ki, turnirə güclü komanda üzərində qələbə ilə başlaya bildik. Qarşıda daha iki oyun var".

Qeyd edək ki, bu gün keçiriləcək "Neftçi" - "Srvena Zvezda" oyunu Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.