Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin ölkədə, regionda və beynəlxalq müstəvidə uğurlu nəticələri respublikamızda yaradılan sabit sosial-iqtisadi mühitdə, eyni zamanda Gürcüstan və Türkiyə kimi qonşu ölkələrdə, eləcə də Avropanın bir sıra Adriatik ətrafı və Balkan ölkələrində həyata keçirilən transmilli layihələrdə öz əksini tapır.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq siyasi elita tərəfindən prinsipial, sözünə bütöv, əqidəli bir siyasətçi kimi tanınır. Elə ona görə də hazırda Azərbaycan dünyada istər siyasət, istərsə də iqtisadi sahədə etibarlı tərəfdaş kimi qəbul olunur. Prezident İlham Əliyevin müəyyən etdiyi müstəqil xarici siyasət kursu dünyada bir-birinə qarşı duran qütblər tərəfindən də müsbət qiymətləndirilir. Azərbaycanın müxtəlif güc mərkəzlərindən bərabər məsafədə mövqe seçməsi, ikitərəfli münasibətlərdə bərabər hüquq, qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qalması, eyni zamanda ikitərəfli əməkdaşlığın heç bir halda üçüncü tərəfi hədəfə almaması reallığı beynəlxalq aləmdə dövlətimizə və onun rəhbərinə olan yüksək ehtiram və hörmətin əsas amillərdir.
Dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra öhdəsinə düşən bütün məsələləri böyük səylə, ardıcıl və sistemli surətdə yerinə yetirmişdir. Cənab İlham Əliyevin inamla həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası, islahatlar həm də onun yüksək idarəçilik qabiliyyətinə və mükəmməl iş təcrübəsinə dəlalət edir. Dövlət başçısı rasional addımları ilə ölkəmizin tərəqqi və yüksəlişinə yeni nəfəs vermişdir.
Həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr verməsi, hər bir fərdin maraq və mənafeyini özündə maksimum səviyyədə əks etdirməsi, dövlətin perspektiv inkişafına hesablanması möhtərəm Prezidentimiz İlham Əliyevin yüksək bilik və intellektə, təcrübə və istedada, geniş dünyagörüşünə, çevik idarəçilik məharətinə, güclü əzm və qətiyyətə malik lider olduğunu bir daha nümayiş etdirir.
Onun bu şəxsi keyfiyyətini İkinci Qarabağ müharibəsi dövründə xalqımız da, dünya ictimaiyyəti də daha dolğun və əyani şəkildə gördü. O zaman Azərbaycan iki cəbhədə müharibə aparırdı. Ordumuz, zabit və əsgərlərimiz döyüş meydanında şücaət göstərərək düşməni torpaqlarımızdan qovur, Prezident, Ali Baş Komandan İlham Əliyev isə 40-dan çox xarici media qurumuna müsahibə verərək Qarabağ probleminin əsl mahiyyətini dünyaya çatdırırdı. Telekanallar arasında Frans-24, Fox-NEWS, BBC-NEWS-un müxbirləri xəbis suallarına İlham Əliyev öz virtuoz cavabları ilə onları sarsıdıb susdurdu. Azərbaycan hər iki cəbhədə cəmi 44 günə bütün düşmənlərinin üzərində qələbə çaldı.
Prezidentimiz bütün məqsədlərinə ən qısa zamanda nail olan müdrik siyasətçi, böyük rəhbərdir. Hazırda qarşıya qoyulan məqsədlərin hamısı yavaş-yavaş gerçəkləşir. Bugünkü prioritet hədəflər, ölkəmizdə siyasi, iqtisadi, sosial islahatların həyata keçirilməsini sürətləndirmək, dayanıqlı makroiqtisadi sabitliyə, Böyük Qayıdışın mərhələli həllinə nail olmaq, əhalinin həyat tərzini daha da yaxşılaşdırmaqdır. İşğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin olunmalı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyi bərpa edilməlidir. Bu sahədə diqqət göstərilən ən mühüm amil insanların sağlam həyat tərzinin formalaşdırılması üçün ekoloji baxımdan əlverişli "yaşıl" texnologiyaların tətbiqinə diqqətin artırılmasıdır.
Qarabağda və Şərqi Zəngəzurda başlayan genişmiqyaslı tikinti-bərpa, quruculuq işləri yüksək templə və uğurla davam edir. Prezidentin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına etdiyi hər səfər işğaldan azad olunmuş bölgələrin bərpasını daha da sürətləndirir. Dövlət başçısının səfərləri fonunda bölgədə iqtisadi inkişafın təməlini təşkil edən yol-nəqliyyat infrastrukturu, energetika sistemi yaradılır, eyni zamanda sosial obyektlər istifadəyə verilir.
Mayın 28-də, Müstəqillik Günündə Laçın şəhərində doğma yurduna qayıdan əhali ilə görüşüb evlərin açarlarını onlara təqdim edən Prezident