Ərdoğan: Zəngəzur tez zamanda açılmalıdır
Siyasət

Ərdoğan: Zəngəzur tez zamanda açılmalıdır

Dünən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizinin tez zamanda açılmasının və hərtərəfli sülh sazişinin həyata keçirilməsinin normallaşma prosesi üçün vacib olduğunu bildirib.
"Respublika" "Hürriyət"ə istinadən xəbər verir ki, həmçinin görüşdə Türkiyə xarici işlər naziri Hakan Fidan və baş müşaviri səfir Akif Çağatay Kılıç da iştirak edib.
Ərdoğan bildirib ki, Türkiyə-Azərbaycan ticarət həcmini hədəflənən 15 milyard dollara çatdırmaq üçün səylər davam etdirilməlidir. Enerji və nəqliyyat sahələrində birlikdə hərəkət etməyin və tam əməkdaşlıq qurmağın iki ölkənin maraqlarına uyğun olduğunu qeyd edən Ərdoğan Transxəzər və Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətinə diqqət çəkib və bu yollardan daha səmərəli istifadə edilməsinin vacibliyini vurğulayıb. 
Həmçinin görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi və Zəngəzur dəhlizi haqqında müzakirələr aparılıb. 

Töhfə SƏMƏDOVA,

"Respublika".