9 avqust

Azərbaycanda olan hadisələr

1578 – Qars yaxınlığında Osmanlı ordusu ilə Səfəvi ordusu arasında Çıldır döyüşü baş vermişdir. Döyüşdə Osmanlı ordusu qalib gəlmiş, nəticədə Gürcüstan və Şirvan Osmalının əlinə keçmişdir.

1992 – Azərbaycan Mili Ordusunun hissələri Gədəbəy rayonunun Başkənd qəsəbəsini erməni silahlı qüvvələrindən təmizləmişdir.


Dünyada olan hadisələr

E.ə. 48 – Farsal yaxınlığında Pompey və Sezar qoşunları arasında sonuncunun qələbəsi ilə başa çatan döyüş olmuşdur.

1173 – Məşhur Pisa Qülləsinin 200 il davam edən inşası başlanmışdır.

1483 – Vatikandakı Sikstin Kapella kilsəsi istifadəyə verilmişdir. Bu kilsə İntibah dövrünün ən məşhur sənət əsəri hesab olunur və hazırda muzey kimi fəaliyyət göstərir.

1605 – I Saxta Dmitri kimi tanınan Dimitri İvanoviç, Moskva krallıq taxtına oturmuşdur.

1639 – İndiki Nyu-Yorkun yerində avropalıların ilk yaşayış məntəqəsi salınmışdır.

1792 – II Frans Bohemiya kralı olmuşdur.

1803 – Amerikalı Robert Fulton Sena çayında ilk paroxodu nümayiş etdirmişdir.

1814 – Xorsşu-Bend döyüşündəki məğlubiyyətdən sonra, hindular Alabamanın yarısını və Corciyanın bir hissəsini Amerikanın ağdərili kolonistlərinə təslim etdilər.

1830 – I Lui Filipp Fransanın kralı olmuşdur.

1841 – Erie gölündə eyniadlı "Erie" gəmisinin göyərtəsində 175 nəfərin öldüyü yanğın baş vermişdir.

1842 – Kanada ilə ABŞ arasındakı sərhədin müəyyən edilməsi (demarkasiyası) olmuşdur (Vebster-Aşberton müqaviləsi).

1859 – Amerikalı Natan Eyms ilk eskalatoru patentləşdirmişdir.

1893 – İtaliya Milli Bankı qurulmuşdur.

1892 – Tomas Edison teleqrafı patentləşdirmişdir.

1902 – VII Eduard Böyük Britaniya və İrlandiya kralı olmuşdur.

1905 – ABŞ prezidenti Teodor Ruzveltin vasitəçiliyi ilə Portsmutda 5 sentyabrda Portsmut Sülh Müqaviləsinin imzalanması ilə nəticələnən Rusiya İmperiyası ilə Yaponiya arasında sülh danışıqları başlamışdır.

1910 – Çikaqodan olan amerikalı Alva Con Fişer elektrikli paltaryuyan maşını patentləşdirmişdir.

1912 – Türkiyədə Tekirdağda 7,2 bal gücündə zəlzələ baş vermişdir.

1919 – Böyük Britaniya Fars üzərində protektorat elan etmişdir.

1920 – İngilis işçi təşkilatları İngiltərənin Rusiyaya müharibə elan edəcəyi təqdirdə ümumi tətil keçirmək niyyətində olduqlarını açıqlamışlar.

1928 – M.K.Atatürkün Gülhanədə partiyasının iclasında iştirakçılara Latın əlifbasını tanıtmasıyla Ərəb əlifbasından Latın əlifbasına keçid dövrü başlamışdır.

1940 – Berlin-Bağdad dəmir yolunun tikintisi başa çatmışdır.

1942 – Nasistlərin işğal etdiyi Kiyevdə “Ölüm Maçı” olmuşdur. Sonralar kiyevlilərin “Start” komandasının futbolçularının əksəriyyəti ya konslagerlərə göndərilmiş, ya da güllələnmişdir.

1945 – İkinci Dünya Müharibəsi ərəfəsində ABŞ Yaponiyanın Naqasaki şəhərinə atom bombası atmışdır. Nəticədə 74 min nəfər həlak olmuşdur.

1945 – SSRİ Mançuriyaya qoşun göndərməklə Yaponiyaya qarşı müharibəyə başlamışdır.

1965 – Sinqapur Malayziyadan ayrılmaqla müstəqilliyini qazanmışdır.

1974 – Watergate qalmaqalı nəticəsində Richard Nixon ABŞ prezidentliyindən istefa vermişdir.

1978 – Yakutiyada 22 kiloton gücündə "Kraton-4" nüvə partlayışı həyata keçirilmişdir.

1990 – Kareliya Muxtar Sovet Sosialist Respublikasının Dövlət Suverenliyi haqqında Bəyannamə qəbul edilmişdir. Lakin Kareliya 1991-ci ildən Rusiya Federasiyasının tərkibində daxil edilmişdir.

1999 – Rusiya Prezidenti Boris Yeltsin Baş nazir Sergey Stepaşini istefaya göndərmişdir və dördüncü dəfə bütün kabinetini buraxmışdır. Vladimir Putin yeni hökumət başçısı təyin edilmişdir.

2020 – Belarusiyada altıncı növbədənkənar prezident seçkiləri keçirilmişdir. MSK -nın verdiyi rəsmi məlumatlara görə, Aleksandr Lukaşenko qalib olub. Axşam və gecə Minskdə və respublikanın digər bölgələrində on minlərlə insanın iştirak etdiyi çoxsaylı etirazlar baş vermişdir.


Bayramlar və xüsusi günlər

  • Beynəlxalq Yerli Xalqlar Günü.
  • Sinqapurun Respublika Günü.

Doğumlar

1776 – Amadeo Avaqadro, italyan kimyaçısı və alimi. (ö. 1856).

1819 – Uilyam Morton, amerikalı diş həkimi, cərrah, ilk dəfə olaraq efirdən anesteziya olaraq uğurla istifadə etmişdir (ö. 1868).

1828 – Adolf Berger, rus şərqşünas-tarixçi, qafqazşünas alim, arxeoqraf (ö. 1886).

1861 – John William Godward, ingilis neoklassik rəssamı (ö. 1922).

1896 – Erich Hückel, alman fizik və kimyaçı, kvant kimyasının əsasını qoyanlardan biri olmuşdur (ö. 1980).

1899 – Pamela Travers, ingilis yazıçısı, Meri Poppins haqqında kitabların müəllifi (ö. 1996).

1907 – Alexandr Topçiyev, sovet kimyaçısı, SSRİ Elmlər Akademiyasının vitse-prezidenti (1958-1962)  (ö. 1962).

1911 – William Fowler, amerikalı astrofizik, Nobel mükafatı laureatı (1983) (ö. 1995).

1912 – Bağır Seyidzadə, Azərbaycanın tanınmış ictimai xadimi, diplomat, tanınmış jurnalist, Azərbaycan SSR Əməkdar Mədəniyyət İşçisi.

1913 – Wilber Norman Christiansen, avstraliyalı astronom, Avstraliya radioastronomiyasının qurucularından biri (ö. 2007).

1914 – Tove Jansson, fin yazıçısı, Moomin trolları haqqında kitabların müəllifi (ö. 2001).

1923 – Nikolay Xlopkin, sovet və rus nüvə alimi və termik fizik, Rusiya Elmlər Akademiyasının akademiki, Sosialist Əməyi Qəhrəmanı (ö. 2012).

1927 – Marvin Minski, süni intellekt sahəsində amerikalı alim (ö. 2016).

1930 – Viktor Baryaxtar, ukraynalı fizik, Ukrayna Milli Elmlər Akademiyasının vitse-prezidenti (ö. 2020).

1931 – Mario Zagallo, braziliyalı futbolçu, iki qat dünya çempionu (1958 və 1962), məşqçi.

1938 – Leonid Kuçma, ukraynalı siyasətçi, Ukrayna Prezidenti (1994-2004).

1938 – Rod Laver, avstraliyalı tennisçi, iki dəfə Böyük Dəbilqə qalibi.

1938 – Otto Rehagel, Keçmiş alman futbolçu və məşqçi.

1939 – Brito (Hercules Brito Ruas), Braziliyalı futbolçu, dünya çempionu (1970).

1958 – Muazzez Ersoy, türk müğənnisi.

1963 – Uitni Hyuston, ABŞ müğənnisi (ö. 2012).

1973 – Filippo İnzagi, italyan futbolçu, dünya çempionu (2006).

1974 – Raphael Poiret, fransız biatlonçusu, 8 qat dünya çempionu, 4 dəfə Dünya Kubokunun qalibi