Şimali Koreya ABŞ-ı kəşfiyyat uçuşları həyata keçirməsinə görə təhdid edir.
Siyasət

Şimali Koreya ABŞ-ı kəşfiyyat uçuşları həyata keçirməsinə görə təhdid edir.

Şimali Koreya buna görə aprel ayından bəri ilk dəfə olaraq qitələrarası ballistik raket buraxıb.

“Respublika” xəbər verir ki, bu barədə Cənubi Koreya Respublikası Silahlı Qüvvələri məlumat yayımlayıb.

Cənubi Koreya Şimali Koreyanın çərşənbə günü səhər saat 10 radələrində paytaxt Pxenyanın kənarından şərqə doğru şübhəli uzun mənzilli ballistik raket atdığını təsdiqləyib. Cənubi Koreya müşahidənin gücləndirildiyini və ABŞ-la sıx əməkdaşlıq edərək hərbi hazırlığı davam etdirdiyini bildirib.

Nüvə silahına sahib olan Şimali Koreya 2017-ci ildə Amerika qitəsinə çata bilən uzunmənzilli silahlar üzərində çalışır.

Qeyd edək ki, ilki 2017-ci ildə reallaşdırılan nüvə sınağının bu il yeddincisinə hazırlıq görüldüyü düşünülür.