Seçib-seçilmə hüququ, söz azadlığı, ümumiyyətlə insan haqları günümüzdə bir çox ölkələrdə tapdanır. İnsanlar öz mübarizələrini açıq formada apara bilmir, bunu etdikləri təqdirdə, onlara qarşı həbs və ya digər qətimkan tədbirləri görülür. Təəssüf ki, bir çox dövlətlərdəki sistem bu cür işləyir. Daim öz maraqlarını və vətəndaşlarını düşünən türk dövlətləri isə hər sahədə olduğu kimi, bu məsələdə də öz fərqliliyi ilə seçilir.
Mayın 14-də Türkiyə Cümhuriyyətində Cümhurbaşkanı və Parlament seçkiləri baş tutub. Seçkidə prezidentliyə 4 namizəd olub. Lakin seçkiyə bir neçə gün qalmış namizədlərdən biri, Muharrəm İncə geri çəkildiyini bildirib. Növbəti mərhələdə rəsmi olaraq 4 namizədin olmasına baxmayaraq, vətəndaşların səsi 3 şəxs arasında bölünüb. Bunlar Türkiyənin son 20 ildə yaşadığı yüksəlişin və qızıl dövrünün banisi Rəcəb Tayyib Ərdoğan, Kamal Kılıçdaroğlu və Sinan Oğandır. Seçki demokratik formada keçirilib və nəticədə Ərdoğanla Kılıçdaroğlu çox yaxın səs toplayaraq növbəti mərhələyə keçid ediblər. S.Oğan isə 5 faizdən çox səs toplayaraq elə birinci mərhələdə uduzub. İki namizədin də bir-birinə çox yaxın səs toplaması və seçkinin ikinci mərhələyə qalması onu deməyə əsas verir ki, Türkiyə demokratiyanın mərkəzlərindən biridir. Seçki zamanı minlərlə vətəndaş səs verməyə gəlib və ilk dəfə Türkiyə tarixində ən çox seçicinin iştirak etdiyi seçki kimi tarixə düşüb. 90 faizdən çox vətəndaş seçib-seçilmə hüquqlarından istifadə edib. Səsvermə bitdikdən sonra vətəndaşlar sərbəst formada səslərin hesablanma mərhələsində iştirak edib. Göstəricilər də onu deməyə əsas verir ki, seçkilər tam demokratik və şəffaf formada başa çatıb.
Seçkiləri müşahidə etmək üçün bir çox ölkələrdən nümayəndələr gəlib. Nümayəndələr mayın 11-də Türkiyə Cümhuriyyətində müşahidə işlərinə başlayıb, 15-də isə sona çatdırıblar. Müşahidə dönəmində Seçki Müşahidə Missiyası namizədlər, Parlament, Seçki Komissiyasının rəsmiləri ilə görüşüb, həmçinin seçki məntəqələrinin fəaliyyəti, seçici və namizədlərin qeydiyyatı, seçkiyə hazırlıq haqqında məlumatlar əldə edib. Bununla yanaşı, missiya prezidentliyə namizədlərin nümayəndələri, seçkilərə qatılan siyasi partiyaların təmsilçiləri ilə də görüşərək seçki platformaları və seçkiöncəsi kampaniyaları haqqında məlumat alıb. Səsvermə zamanı bir çox seçki məntəqələrini ziyarət edərək seçki prosesini, səslərin sayılmasını müşahidə ediblər. Bundan sonra, TÜRKPA-nın (Türkiyədə yerləşən Türk Dövlətləri Parlamentləri Assambleyası) Seçki Müşahidə Missiyasının rəhbəri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi TÜRKPA qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov, deputatlar Ağalar Vəliyev, Anar Məmmədov, Qazaxıstan və Qırğızıstanın parlament üzvləri və TÜRKPA Katibliyinin əməkdaşlarının iştirakı ilə mətbuat konfransı keçirilib. Konfransda səsvermə prosesinin mütəşəkkil və nizamlı şəkildə təşkil olunduğu və müsbət qiymətləndirildiyi bildirilib.
Bu da onu göstərir ki, Atatürkün qurub-yaratdığı Cümhuriyyət artıq 100 ildir ki, demokratiyanı qoruyub saxlayır. Bu gün bir çox dünyəvi ölkələrdə müxalif tərəflər seçkilərdə səs toplaya bilmir. Lakin Türkiyə Cümhuriyyətində "Cümhur İttifaqı"nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun 44,85 faiz, "ATA İttifaqı"nın namizədi Sinan Oğanın isə 5,17 faiz səs toplaması gerçək demokratiyanın əyani nümunəsidir. Mayın 28-də ikinci mərhələsi maraqla gözlənilən seçkinin nəticəsi 50+1 olan namizəd qalib olacaq.
Mayın 14-də keçirilən deputat seçkilərində AK Partiyası qalib gəlib. Türkiyə Böyük Millət Məclisindəki 600 deputat yerindən AK Partiya 266, CHP 168, Yaşıl Sol Partiyası 62, Milliyyətçi Hərəkat Partiyası (MHP) 51, İYİ Parti 44, Yenidən Rifah Partiyası 5, Türkiyə İşçi Partiyası (TİP) 4 yer əldə edib. Bir çox müxalif partiyalar və xarici qüvvələr seçkinin antid