İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda formalaşmış geosiyasi konfiqurasiya bütün dünya gücləri tərəfindən qəbul edilməklə yanaşı, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması baxımından təşkil olunan platformalarda qəbul edilmiş bəyanatlar bu istiqamət üzrə pozitiv nəticələri ehtiva edir. 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi yönündə şimal qonşumuz olan Rusiyanın təşkilatçılığı ilə Soçi və Moskvada, Avropa İttifaqının vasitəçiliyilə Brüssel, Praqa və Kişineuda, eləcə də ABŞ-ın iştirakı ilə sülh platformaları təşkil olunub. Bu görüşlərdə diqqət mərkəzində olan əsas amillərdən biri Azərbaycanın ərazi bütövlüyünün tanınması və Qarabağın müzakirə predmetinə çevrilməməsidir. Ona görə də deyə bilərik ki, Vətən müharibəsində əldə etdiyimiz Zəfər postmünaqişə dövründə diplomatik müstəvidə uğurla davam etdirilir.
Bütün qlobal güclər Azərbaycanın 86,6 min kvadratkilometr ərazisini tanıyaraq Ermənistana torpaq iddialarında, "status" məsələsində heç bir şans verməyib. Dövlətimizin ərazi bütövlüyünü qorumaqda israrlı və prinsipial mövqe tutması xarici siyasət kursunun ana xəttini təşkil edir və bir qarış torpağı düşmən tapdağı altında qalmasına heç bir zaman razı olmayacağını yüksək səviyyəli tribunalarda dilə gətirib.
Bu il mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyilə sayca 5-ci dəfə təşkil olunan "Brüssel sülh gündəliyi" adı altında Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə görüşüblər. Bu görüşdə liderlər qarşılıqlı olaraq Ermənistanın 29,8 min kvadratkilometr və Azərbaycanın 86,6 min kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı şəkildə sadiqliklərini təsdiq ediblər. Göstərilən rəqəmlər onu deməyə əsas verir ki, artıq Ermənistan da Qarabağın Azərbaycan ərazisi olmasını təsdiqləyir. Nikol Paşinyanın sonda Qarabağ iddialarından əl çəkməsi birmənalı olaraq onu bildirir ki, əgər regionda sülh və təhlükəsizlik istiqamətində addımlar atılacaqsa, bu, ancaq Azərbaycanın maraqlarına və təkliflərinə uyğun olmalıdır. Ölkəmizin irəli sürdüyü təkliflər isə öz növbəsində beynəlxalq hüquqa, problemin birdəfəlik həllinə əsaslanan təkliflərdir. Yəni Azərbaycanın maraqları deyəndə burada hansısa bir torpaq iddiasından söhbət belə gedə bilməz. Təkcə 30 il münaqişənin sülh yolu ilə tənzimlənməsi istiqamətində gördüyümüz işlər bunun təsdiqidir. Xatırladaq ki, 2022-ci ilin oktyabr ayında Çexiyanın Praqa şəhərində Avropa Siyasi Birliyi Zirvə Toplantısında Azərbaycan Prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüşün nəticəsi olaraq Ermənistan tərəfi 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsi çərçivəsində ərazi bütövlüyümüzü rəsmən qəbul etmişdi.
Mayın 25-də Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclası çərçivəsində Prezident İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında üçtərəfli Zirvə görüşü olub. Rusiya da öz növbəsində Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi təşəbbüsünü əldən vermək istəmir. Dəfələrlə şimal qonşumuzun vasitəçiliyilə bir neçə görüş olub və bəyannamələr imzalanıb. Builki Moskva görüşündə Vladimir Putin Ermənistan baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasına münasibət bildirərək deyib ki, bu sonrakı mərhələlərdə sülh sazişinin imzalanmasını asanlaşdıra bilər.
İyunun 1-də Moldovanın paytaxtında Kişineuda Avropa Siyasi Birliyinin növbəti sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında növbəti görüş keçirilmişdi. Qeyri-formal xarakter daşıyan görüşə Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts da qatılıb. Brüssel formatı əsasında baş tutan danışıqların nəticəsi olaraq burada da Azərbaycan diplomatik üstünlüyünü əldən verməyib. Belə ki, görüşün nəticəsinə gəlincə, Azərbaycan-Ermənistan sərhədlərinin müəyyən edilməsində 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsas götürülüb.
Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin bərqərar olunması, sərhədlərin delimitasiya və demarkasiyası, həmçinin nəqliyyat blokadasının aradan qaldırılmasına mane olan yeganə vasitə Ermənistan dövlətidir. Hər zaman olduğu kimi, son məqamlarda