Şavkat Mirziyoyevin andiçmə mərasimi keçirilir
Dünya xəbərləri

Şavkat Mirziyoyevin andiçmə mərasimi keçirilir

Daşkənddə növbədənkənar seçkilərdə qalib olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin andiçmə mərasimi keçirilir.

"Respublika" xəbər verir ki, andiçmə mərasimi Ali Məclisin Qanunvericilik Palatası və Senatının birgə iclası çərçivəsində keçirilir.

Hazırkı dövlət başçısı ilə yanaşı, Özbəkistan Xalq Demokratik Partiyasından İnoyatov Uluqbek İlyasoviç, “Adolat” Sosial Demokrat Partiyasından Mahmudova Robaxon Anvarovna, Özbəkistan Ekologiya Partiyasından Abduşükür Həmzəyev namizəd olublar. Respublikada mövcud olan digər partiya – “Milli Dirçəliş” hazırkı prezidentin namizədliyini dəstəkləyib.

MSK-in yekun məlumatlarına görə, Mirziyoyev Özbəkistan tarixində ilk dəfə keçirilən növbədənkənar seçkilərdə 87,05 % səslə qalib gəlib. Seçkilərdə iştirak 80 faizə yaxın olub.