BAYDENDƏN KONQRESƏ “SİLAH QANUNLARI” İLƏ BAĞLI ÇAĞIRIŞ
ABŞ prezidenti Cozef Bayden Alabama və Kentukki ştatlarında baş verən atışmalardan sonra Konqresi “Silah qanunları” ilə bağlı tədbir görməyə çağırıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Silahlar Amerikada uşaqların əsas qatilidir və onların sayı azalmır, əksinə artır. Bu, hədsiz və qəbuledilməzdir. Amerikalılar qanunvericilərin silahlanma ilə bağlı sağlam düşüncə ilə hərəkət etmələrini istəyirlər”, - deyə Cozef Bayden vurğulayıb.
Bununla yanaşı, silahlarla bağlı həyatları xilas edəcək federal qanunlar üzərində vicdanla işləməyə hazır olduğunu qeyd edən Cozef Bayden, Konqresi hərtərəfli cinayət hadisələrinin yoxlanılması, hücum silahlarının qadağan edilməsi və yüksək təhlükəsizliklə bağlı məsələlərdə tədbir görməyə çağırıb.
Xatırladaq ki, bazar günü Alabama ştatının Deydvill şəhərində ad günü şənliyinin keçirildiyi yerdə baş verən hücumda 4 nəfərin həyatını itirdiyi, ən azı 20 nəfərin yaralandığı bildirilib. Kentukki ştatının Luisvil şəhərində isə ötən gecə parkda atəş açılması nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
SÜLEYMAN SOYLU: TÜRKİYƏ DAĞLARINDA TERRORÇU QALMAYACAQ
Türkiyə dağlarında aprel ayının sonuna qədər terrorçu qalmayacaq. “Trend” agentliyinin məlumatına görə, bu sözləri Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
“Türkiyənin Kato dağının bir çox yerində baza əraziləri qurulub. İndi Kato və Cudi dağında bir nəfər də olsun terrorçu qalmayıb. Terrorçulardan təmizlənən Qabar dağında artıq neft hasil edilir. Terrorçuların zərərsizləşdirilməsində pilotsuz uçuş aparatlarının böyük rolu var”, - deyə nazir bəyan edib.
Xatırladaq ki, PKK ABŞ, Kanada, Avstraliya kimi bir çox ölkələrin terror təşkilatları siyahısındadır. Avropa İttifaqı 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.
“G7” XİN BAŞÇILARI RUSİYAYA QARŞI SANKSİYALARI QÜVVƏDƏ SAXLAYIBLAR
“G7” xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaları saxlamaq, habelə məhdudlaşdırıcı tədbirlərə əməl olunmasına nəzarəti gücləndirmək üçün əməkdaşlıq etmək barədə razılığa gəliblər. “Report” agentliyinin verdiyi xəbərə görə, onlar bu barədə Yaponiyada keçirilən “G7” xarici işlər nazirlərinin görüşü çərçivəsində Ukrayna ətrafında vəziyyətə həsr olunmuş sessiyada bildiriblər.
Bəyanatda deyilir: “Böyük yeddilik Rusiyaya qarşı sərt sanksiyaları, eləcə də Ukraynaya güclü dəstəyi davam etdirəcəyini təsdiqləyib”.
Eyni zamanda, diplomatlar “sanksiyalardan yayınma ilə mübarizə və üçüncü ölkələr tərəfindən Rusiyaya silah tədarükünə qarşı mübarizə sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər”.
Bununla bağlı iclasa sədrlik edən Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi bildirib ki, bir sıra inkişaf etməkdə olan dövlətlər neytral mövqe tutaraq rəsmi Moskvaya qarşı sanksiya siyasətinə qoşulmurlar.
“G7” xarici işlər nazirləri həmçinin Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarını da pisləyib. Yosimasa Hayasi, bununla əlaqədar olaraq bu qərarın vəziyyətin daha da gərginləşməsinə səbəb olacağı fikrini ifadə edib.
GƏLƏN İLDƏN “KIZILELMA”nın KÜTLƏVİ İSTEHSALI PLANLAŞDIRILIR
Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan “Bayraktar Kızılelma”nın gələn il kütləvi istehsalına başlanılması planlaşdırılır. Bu barədə “Sputnik” infomasiya agentliyi Türkiyə mətbuatına istinadən məlumat yayıb.
Verilən xəbərə görə, “Baykar” şirkə
tinin ərsəyə gətirdiyi “Bayraktar Kızılelma”nın dördüncü sınaq uçuşu ilə sistem tanıma testi artıq uğurla başa çatıb.
İndiyə qədər iki prototipi hazırlanan “Kızılelma”nın təkmilləşdirilməsi istiqamətində fəaliyyət davam etdirilir.
Eyni zamanda, bildirilir ki, “Bayraktar Kızılelma”nın dünyanın ilk silahlı pilotsuz hava aparatları gəmisi olan “TCG Anadolu”