Türkiyə terrorçulara qarşı uğurlu əməliyyatlarına davam edir
Dünya xəbərləri

Türkiyə terrorçulara qarşı uğurlu əməliyyatlarına davam edir

Son bir həftədə Türkiyə sərhədini qanunsuz pozmaq istəyən 30 FETÖ üzvü saxlanılıb.

"Respublika" "Hürriyet" nəşrinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən məlumat yayılıb.

Bildirilib ki, ümumilikdə 37 terrorçunun sərhədi pozmaq cəhdinin qarşısı alınıb.

Bundan başqa,  son bir həftədə 44 terrorçu zərərsizləşdirilib.