Sahibə Qafarova: Ermənistanın Azərbaycana qarşı təxribatları regional sülhə və təhlükəsizliyə ciddi təhdiddir
Siyasət

Sahibə Qafarova: Ermənistanın Azərbaycana qarşı təxribatları regional sülhə və təhlükəsizliyə ciddi təhdiddir

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərçivəsində aprelin 13- bu ölkənin Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Parlamentin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş MDB Parlamentlərarası Assambleyasının 55-ci plenar iclası çərçivəsində baş tutub. Görüşdə parlamentlərarası əməkdaşlığın MDB- üzv olan ölkələr arasında əlaqələrin daha da genişləndirilməsi üçün səmərəli mexanizmə çevrildiyi qeyd olunub Parlament Assambleyasının bu prosesdə vacib rol oynadığı diqqətə çatdırılıb.

Ötən il Azərbaycan Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunduğu bildirilib. Qeyd olunub ki, hər iki ölkənin dövlət başçıları tərəfindən müəyyənləşdirilən münasibətlərimizin dərinləşdirilməsinə xidmət edən gündəliyə əsasən, ölkələrimiz arasında münasibətlər mehriban qonşuluq qarşılıqlı anlaşma əsasında inkişaf edir, qarşılıqlı hörmət etimad prinsiplərinə əsaslanır.

Ölkələrimiz arasında münasibətlərin inkişafında dövlət başçılarının mühüm rolu xüsusi vurğulanaraq qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin fevralında Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə əlaqələrimizdə yeni mərhələnin əsasını qoyub.

Söhbət zamanı, həmçinin ölkələrimiz arasında iqtisadiyyat sahəsində, o cümlədən qarşılıqlı investisiya qoyuluşunda qeydə alınan göstəricilərin uğurlu olduğu, humanitar sahədə əlaqələrin əməkdaşlıqda mühüm bir istiqaməti təşkil etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, bu il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur.

Valentina Matviyenko deyib ki, Heydər Əliyevin əziz xatirəsi Rusiyada da hörmətlə anılır. Bu məqsədlə Rusiya Federasiyasında bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Görüşdə tərəflər iki ölkə arasında əlaqələrin inkişafında qanunverici orqanların özünəməxsus rolunu da qeyd ediblər. Bildirilib ki, bu sahədə həm Milli Məclisdə, həm Federal Məclisdə fəaliyyət göstərən dostluq qruplarının, həmçinin Milli Məclis Federal Məclis arasında daimi fəaliyyət göstərən ikitərəfli parlamentlərarası komissiyanın işi təqdirəlayiqdir.

Milli Məclisin sədri cari ilin fevralında Rusiyaya rəsmi səfəri zamanı imzalanan "Azərbaycan Respublikası Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması arasında əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun ikitərəfli münasibətlərimizin parlament ölçüsünün inkişafına töhfə verdiyi diqqətə çatdırılıb.

Sahibə Qafarova, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi genişmiqyaslı bərpa quruculuq işləri, "Böyük Qayıdış" proqramı, keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıtması prosesinin başlaması barədə məlumat verib. Qeyd edilib ki, artıq işğaldan azad olunmuş ərazilərimizdə üçüncü beynəlxalq hava limanı Laçında tikilir.

Azərbaycan parlamentinin sədri bildirib ki, Ermənistan üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq, hələ öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmayıb. Laçın yolundan hərbi məqsədlər qeyri-qanuni istismar etdiyi təbii sərvətlərimizin daşınması üçün istifadə edir. Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın yolunda dinc aksiyası Ermənistanın bu qeyri-qanuni əməllərinə etiraz olaraq keçirilir. Lakin Ermənistan, guya Laçın yolunun bağlanmasına dair yalan iddialarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Ermənistan Avropa İttifaqının missiyasının bu ölkədə olmasından istifadə edərək, vəziyyəti gərginləşdirən addımlar atır hərbi təxribatlara yol verir.

Sahibə Qafarova Ermənistanın aprelin 11- törətdiyi hərbi təxribat barədə məlumat verərək deyib ki, bu kimi təxribatların beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir. Ermənistanın beynəlxalq hüququn norma prinsiplərini tapdalayaraq, Azərbaycana qarşı həyata keçirdiyi təxribatlar nəinki Azərbaycanın ərazi bütövlüyünü suverenliyini pozur, eyni zamanda, regional sülh təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Ona görə Ermənistanın bu addımları ciddi şəkildə qınanılmalıdır.

Görüşdə qarşılıqlı maraq doğuran