“Fast food” ilə təhlükəli infeksiya
“Fast food” ildən-ilə qida rasionumuzun böyük bir hissəsini təşkil edərək özü ilə bərabər müxtəlif fəsadlarını da həyatımıza gətirməkdədir. Dildə “hazır qida” adlandırılsa da, tam tərcüməsi “sürətli yemək”dir. Hər gün çoxlarının qəbul etdiyi bu qidalar (sendviç, buterbrod, pizza, çipsi və s.) həm tez bir zamanda, həm də ucuz başa gəldiyinə görə sevilir və istifadə edilir. Bəs, bu süni qidaları yeyərkən sağlamlığımıza nə qədər ziyan vurduğumuzu düşünürükmü?
Almaniyanın Bonn Universitetinin tədqiqatçıları “fast food” qidalarının orqanizmə vurduğu zərərləri araşdırmaq məqsədilə siçanlar üzərində sınaq aparıblar. Bir ay müddətində heyvanlar qeyri-sağlam qidalarla bəsləniblər. Nəticədə mütəxəssislər siçanların qanında bəzi immun hüceyrələrinin, xüsusən qranulositlər və monositlərin gözlənilmədən artdığını müşahidə ediblər.
Monositlər, qranulositlər ağ qan hüceyrələrinin ən böyüyüdür və infeksiya zamanı immunitet reaksiyasında iltihaba qarşı iştirak edirlər. Artan monosit sayının infeksiya nisbətləri ilə əlaqəli olması təəccüblü deyil. Siçanların normal bəslənməsindən bir ay sonra elm adamları heyvanların qanında iltihabın yox olduğunu müşahidə ediblər. “Hələlik siçanlar genetik oxşarlığına görə insanlara bənzədiyi üçün əldə etdiyimiz dəlillərimiz yalnız bu istiqamətdədir. Ümid edirik ki, tapıntılarımız gələcəkdə insanların infeksion xəstəliklərlə mübarizədə risk faktorlarının qarşısını almasına kömək edəcək”.
Məlumat “Science News” veb saytında yayımlanıb.
Bağırsaq xərçəngindən qorunmaq üçün 5 növ qida
Son illərdə ən geniş yayılan bağırsaq xərçənginin yaranma səbəbləri tam olaraq bilinmir. Elm adamları bu bəlanın meydanagəlmə səbəbini bilməsələr də, insanların bu problemlə üzləşməməsi üçün xəstəliyin yaranmasına maneə törədən qidaları araşdırıblar.
Amerikalı mütəxəssislərin araşdırmalarına görə, 5 növ qida bağırsaq xərçənginin qarşısını ala bilər. Bunlara paxlalı bitkilər, qoz-fındıq, taxıl məhsulları, meyvə və tərəvəzlər aiddir.
“Meyvə və tərəvəzlər liflərlə zəngin olduğu üçün bağırsaqların fəaliyyətinə yaxşı təsir edir. Eyni fikri paxlalı bitkilərə, taxıl məhsullarına da aid edirik. Liflər həzm sisteminə müsbət təsir etdiyi üçün müntəzəm olaraq lobya və mərcimək yeyərək bağırsaq polipləri (kiçik böyümələr) riskini azalda bilərsiniz. Hər yeməkdə boşqabınızın yarısını rəngarəng meyvə-tərəvəzlərlə bəzəməyə çalışmalısınız və bura dondurulmuş bitkilər də daxil edilə bilər. Bütün taxıllı qidalarda yüksək miqdarda lif var və qoz-fındıq, toxumlar “mükəmməl qidalar” olaraq tərkibindəki sağlam yağlar, fotokimyəvi maddələr və antioksidantları ilə xərçənglə mübarizə xüsusiyyətinə malikdir”, - deyə doktor Moriyo-Rozenfeld izah edib.
Məlumat “Medical Press” portalında dərc olunub.
Meyvə və tərəvəzin daha çox qəbulu stress səviyyəsini azalda bilər
Gündəlik həyatımızda istər-istəməz fərqli əhval-ruhiyyələr yaşamalı oluruq və zamanla ayaqlaşa bilmək üçün günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Bütün bu problemlərin təməlində dəhşətli bir xəstəlik dayanır: stress. Tibb lüğətində stress adlı bir xəstəliyə rast gəlinməsə də, əksər xəstəliklərin əmələ gəlməsi məhz bu amillə bağlıdır.
Avstraliyalı tədqiqatçılar orta yaşlı yetkinlərdə stress səviyyəsini meyvə-tərəvəzin gündəlik qəbulu ilə əlaqələndirirlər.
Edith Cowan Universitetinin alimləri 25-95 yaş arası kişi və qadınlarda meyvə-tərəvəz qəbulu ilə stressin əlaqəsini araşdırıblar.
Avstraliya Diabet, Obezite və Həyat Tərzi (AUSDiab) tədqiqatının 8. 600 iştirakçısı sınaqlara cəlb olunub. Gündəlik ən az 470 qram meyvə və tərəvəz qəbul edənlərdə 230 qram istehlak edənlərlə müqayisədə stress səviyyəsinin 20 faiz az olması aşkarlanıb.
“Uzunmüddətli, idarəedilməz stress ürək xəstəlikləri, diabet, depressiya kimi bir sıra problemlərə səbəb olur və buna görə gələcəkdə zehni sağlamlıqla əlaqəli bir sıra çətinliklərin qarşısını almaq üçün yollar tapmalıyıq. Tədqiqatımızın nəticələri stressi minimuma endirmək üçün gündəlik meyvə və tərəvəz ilə zəngin bir qida rasionunun vacib olduğunu vurğulayır. Meyvə və tərəvəz daha çox istehlak edənlərin az qəbul edənlərə nisbətən daha az stresli olduğunu gördük”, - deyə aparıcı-tədqiqatçı Simone Radavelli bildirib.
Məlumat “Science Daily” veb saytında işıq üzü görüb.
Dəniz yosunları əti əvəz edə bilər
Hazırda az kalorili, lakin bədənimiz üçün böyük faydaları olan çox sayda qidalar var. Bu qidalara dəniz yosunları da daxildir. Tərkibinə görə yosunlar insan sağlamlığı üçün zəruri olan bol miqdarda yod, A vitaminləri, B, C, E və D qruplarını ehtiva edir.
Dəniz mikro yosunlarına əsaslanan əkinçilik, gələcək üçün bitki mənşəli “ət” və sağlam “super qidalar” istehsalının perspektivliyini təmin edir.
Avstraliyanın Flinders Universitetinin Dəniz Bio Məhsullarının İnkişafı Mərkəzinin (CMBD) tədqiqatçıları heyvan zülallarına yaxın daha sağlam alternativ qidalarla istehlakçıların marağına səbəb olublar. Elm adamları okeandan gələn