Cənubi Qafqazın lider dövləti olan Azərbaycan dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrini gündən-günə daha da möhkəmləndirərək etibarlı tərəfdaşa çevrilir.
Beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında yürüdülən siyasət nəticəsində ölkəmiz dost, müttəfiq ölkə kimi qəbul edilir. Beynəlxalq münasibətlər sistemində çoxşaxəli əməkdaşlıq əlaqələrinin qurulması, transmilli layihələrin reallaşdırılması nəticəsində regional güc olan Azərbaycan dövləti böyük uğurlara imza atır. Belə ki, dünya dövlətləri ilə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi sahəsində liderlik qazanan ölkəmiz müstəqil xarici siyasətində Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra beynəlxalq təşkilatlarla təmaslarını və əməkdaşlıq əlaqələrini dərinləşdirir.
Dünya dövlətləri ilə əlaqələrini gücləndirən, bir çox ölkələrlə bərabərhüquqlu və qarşılıqlı maraqlar üzərində münasibətlər quran Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu, məqsədyönlü siyasəti sayəsində 2020-ci il sentyabrın 27-də beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində öz gücü, öz potensialı hesabına ərazi bütövlüyünü, suverenliyini təmin etdi.
Beynəlxalq təşkilatların edə bilmədiklərini, yaxud da etmək istəmədiklərini müstəqil Azərbaycan 44 gün ərzində reallaşdırdı. 30 il davam edən işğalçılıq dövründə olduğu kimi, müharibə zamanı da bir sıra dövlətlər, beynəlxalq qurumlar ölkəmizin əleyhinə ədalətsiz təşəbbüslər irəli sürərək, reallığı əks etdirməyən bəyanatlar verir, Azərbaycanın haqq işinə böyük maneələr yaratmağa çalışırdılar. Bu ölkələr öz fəaliyyətlərini bu gün də davam etdirirlər. Belə ki, bəzi qərb ölkələri İkinci Qarabağ müharibəsində ərazi bütövlüyünü təmin edən, torpaqlarını işğaldan azad edən Azərbaycanın qələbəsinə qısqanclıqla yanaşır, ölkəmizə qarşı düşmənçilik siyasəti həyata keçirirlər.
Azərbaycana əks mövqedə dayanan, onun həyata keçirdiyi siyasətə mane olmağa çalışan ermənipərəst Fransa, İran, ABŞ, Avropa İttifaqının bəzi ölkələri ölkəmizin dünya birliyində artan nüfuzunu, möhkəmlənən iqtisadiyyatını, güclü ordular arasında yer alan qüdrətli ordusunu qəbul edə bilmir və bunu açıq şəkildə nümayiş etdirirlər. Yalan, böhtan, əsassız ittihamlarla çıxışlar edib bəyanatlar səsləndirərək dünya birliyində dövlətimizə olan etimada, nüfuza xələl gətirmək üçün əllərindən gələni edirlər.
Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə ilə barışmayan, onu həzm edə bilməyən ermənipərəst ölkələrdən ən birincisi Fransadır. Bu ölkəni Ermənistanla, hər şeydən əvvəl, işğalçılıq, müstəmləkəçilik siyasəti birləşdirir. Özgə torpaqlarını işğal etməkdə, günahsız insanları amansızcasına qətlə yetirməkdə, zəbt etdiyi əraziləri minalarla zəhərləməkdə böyük təcrübəsi olan Fransa Azərbaycanın tarixi torpaqlarını işğaldan azad etməsi ilə barışa bilmir. Çünki Azərbaycanın İkinci Qarabağ müharibəsindəki möhtəşəm Zəfəri ilə Fransanın 30 il müddətində keçmiş Minsk qrupu daxilində sərf etdiyi "əmək" cəmi 44 gün ərzində hədər oldu. Belə ki, ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən biri olan Fransanın Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmaması, bütün dünyada anti-Azərbaycan siyasətinin həyata keçirilməsi, ədalətin ört-basdır olunması üçün göstərdiyi canfəşanlıq nəticəsiz qaldı. Saxta "erməni soyqırımı"nı tanıyan, Azərbaycanın Ermənistana qarşı dəhşətli müharibə apardığını deyərək əsassız ittihamlar irəli sürən Fransa bununla Azərbaycana qarşı ikiüzlü, riyakar və qərəzli mövqedə dayanır. Fransa Respublikası Senatının və Milli Assambleyasının "Azərbaycan və digər regional aktorların Ermənistanın müstəqilliyi və ərazi bütövlüyünə hörmət etməsini, Fransa hökumətindən Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinin təmin olunmasını, Ermənistana humanitar yardımın artırılmasını" və s. bu kimi tələblərin irəli sürüldüyü qətnamə qəbul etməsi bu dövlətin ikiüzlü siyasətinin göstəricisidir.
İran da Azərbaycanın ərazi bütövlüyünü pozan, torpaqlarını 30 il işğal altında saxlayan Ermənistanla əlbir olaraq ölkəmizin əleyhinə siyasət