Zamanın gərdişində, qloballaşan, yeniləşən dünyamızda dövlətçilik ənənələri davam etdirilir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu bu gün də öz sözünü deyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu kursu ləyaqətlə davam etdirməklə yanaşı, həm də ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri sırasına daxil edib. Ötən illər ərzində sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi möhkəmlənmiş, beynəlxalq aləmdə mövqeyi daha da güclənmişdir. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda ən sabit və qüdrətli ölkə kimi lider dövlətə çevrilmiş, bölgənin yeni, geosiyasi xəritəsini çəkmişdir. Bu isə ölkəmizin dünyada artan nüfuzunun göstəricisidir.
Artıq uzun illərdir ölkəmiz bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və əsas iştirakçısıdır. Eyni zamanda, Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında əsas tərəfdaşlardan biridir. Ölkəmiz beynəlxalq miqyaslı məsələlərdə üzərinə düşən bütün öhdəlikləri layiqincə yerinə yetirir. Dövlətimizin əldə etdiyi uğurların və hər gün artan nüfuzunun kökündə isə onun iqtisadi-siyasi inkişafı durur. Əlbəttə ki, bu uğurları əldə etmək, ölkəni qısa zaman kəsiyində böyük iqtisadi inkişafa yüksəltmək o qədər də asan olmamışdır. Ölkə başçısının düzgün siyasi kursu nəticəsində bütün bunlara nail olunmuşdur.
Azərbaycan iqtisadi-siyasi cəhətdən inkişaf edərək qısa zaman kəsiyində böyük inkişaf yolu keçmiş, bugünkü yüksəlişinə çatmışdır. Bu da müstəqil Azərbaycanın əldə etdiyi ən böyük uğurlardan biridir. İnkişaf etmiş dünya dövlətləri sırasında özünə layiqli yer tutan Azərbaycanın beynəlxalq nüfuzu günü-gündən artmaqdadır. Ölkəmiz bu istiqamətdə inamla addımlayır. Azərbaycan mühüm regional və qlobal xarakterli layihələrin təşəbbüskarı və icraçısı olmaqla nəinki regionda, bütün Avrasiya məkanında yeni əməkdaşlıq platforması yaradıb. Ölkəmizin təşəbbüsü və iştirakı ilə uğurla həyata keçirilən bütün irimiqyaslı layihələr, həmçinin regionun təhlükəsizliyinə, iqtisadi inkişafına böyük töhfələr verir. Gerçəkləşdirilən iqtisadi, siyasi əməkdaşlıq dünya dövlətləri ilə aramızda olan dostluq münasibətlərini daha da möhkəmləndirir.
Prezident İlham Əliyevin məqsədyönlü enerji siyasəti nəticəsində "Əsrin müqaviləsi"nin davamı olan Bakı-Tibilisi-Ceyhan əsas ixrac boru kəməri və Bakı-Tiblisi-Ərzurum qaz kəmərinin uğurla istifadəyə verilməsi ölkəmizin beynəlxalq aləmdə mövqeyini və nüfuzunu daha da gücləndirdi. Azərbaycan etibarlı tərəfdaş kimi xarici sərmayələr üçün də açıq və cəlbedici dövlət imicini yaratdı. Bunun nəticəsi olaraq ölkəmiz son illər dünya enerji bazarında çəkisini və əhəmiyyətini xeyli dərəcədə artırmışdır. Qərb dövlətlərinin ölkəmizlə neft-qaz sektorunda daha sıx əməkdaşlığa can atmasına səbəb olmuşdur.
Dünyanın nəhəng enerji layihələrindən olan Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı Gürcüstan və Türkiyə üzərindən keçməklə, Avropanın mərkəzinə qədər gedib çatır. Dörd hissədən ibarət olan dəhlizin birinci mərhələsində artıq 2018-ci il iyunun 30-dan başlayaraq "Şahdəniz-2" çərçivəsində Türkiyəyə qaz nəqlinə başlanılıb. Son dövrlər ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə öz töhfəsini vermişdir.
Bu gün Azərbaycan özünün ən şərəfli və tarixi dövrünü yaşayır. Qloballaşan, hər an dəyişən, müharibə və münaqişələrin səngimədiyi bir zamanda nəhəng dövlətlərlə bir cərgədə addımlayan ölkəmiz həm də sabitliyin, sülhün tərəfdarı kimi də öz liderliyini qoruyur. Dünya 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı bunun şahidi oldu. Beynəlxalq aləmin, supergücə sahib dövlətlərin nəzəri Azərbaycana yönəldiyi həmin dövrdə, ölkəmiz müharibə mədəniyyətini, döyüş səviyyəsini nümayiş etdirdi. Xarici mətbuatın ölkə başçısına yönələn sualları, çıxışları da birmənalı olmadı. Kimi bu müharibəni Azərbaycanın haqlı mübarizəsi kimi qiymətləndirdi, kimi isə düşmən dəyirmanına su tökdü. Lakin ölkə başçısının diplomatik bacarığı və siyasi savadı ilə verdiyi cavab və şərhlər bəzi media nümayəndələrinə sərt şillə oldu. Biz