“Qayıdış Könüllüləri” Proqramı haqqında infosessiyalara start verilib
Digər xəbərlər

“Qayıdış Könüllüləri” Proqramı haqqında infosessiyalara start verilib

Azərbaycan Könüllü Təşkilatları İttifaqından verilən məlumatda bildirilir ki, keçmiş məcburi köçkün tələbə gənclərin iştirakı ilə ilk infosessiya Bakı Slavyan Universitetində baş tutub. İnfosessiya zamanı gənclərə proqramın məqsədi, könüllü seçimi və hazırlıq mərhələsi, könüllülük fəaliyyətinin istiqamətləri haqqında Azərbaycan Könüllü Təşkilatları İttifaqının layihələr üzrə meneceri Ayxan Allahverdiyev və “Böyük Qayıdış” Gənclər Təşkilatının proqram meneceri Orxan Bayramlı tərəfindən ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

“Qayıdış Könüllüləri” Proqramı işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq xüsusi nümayəndəliklərinin, Azərbaycan Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqını dəstəyi, "Böyük Qayıdış" Gənclər Təşkilatının təşkilatçılığı ilə həyata keçirilir.

“Respublika”.